Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ LERİK RAYONUNUN LERİK QƏSƏBƏSİNƏ ŞƏHƏR STATUSU VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lerik qəsəbəsinə şəhər statusu verilsin, Lerik qəsəbə inzibati ərazi dairəsi Lerik şəhər inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin