Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN MOLDOVANIN “KANAL-4” TELEVİZİYASINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 19-da Prezident sarayında Moldovanın “Kanal-4” televiziyasına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

-Hörmətli cənab Prezident, Sizin ölkəniz Avropaya inteqrasiya etmək əzmində olduğunu sözün tam mənasında yetərincə qətiyyətlə bəyan etmişdir. Lütfən deyin, bu baxımdan Azərbaycanın hansı uğurlarından danışmaq olar, Azərbaycan Avropaya nə dərəcədə yaxınlaşmışdır?

-Biz artıq bir ildir ki, Avropa İttifaqının Yeni qonşuluq proqramının üzvüyük. Mənim fikrimcə, bu, Avropa İttifaqı ilə münasibətlərimizin çox mühüm elementidir. Bu proqram çərçivəsində bizim əməkdaşlığımızı möhkəmləndirən tədbirlər həyata keçirilir, eləcə də çox ciddi siyasi və iqtisadi islahatlar aparılır. Biz çalışırıq ki, siyasi sistemin və iqtisadi inkişafın, vətəndaşların sosial təminatının bütün meyarları Avropa İttifaqının meyarlarına yaxın olsun. Biz çalışırıq ki, vətəndaşlarımız üçün Avropa İttifaqında vətəndaşlar üçün mövcud olan yüksək həyat səviyyəsini və azadlıqların səviyyəsini təmin edək. Bizim əməkdaşlığımız çoxplanlıdır, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq edirik, energetika spektri bizim münasibətlərimizin mühüm elementidir, biz Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalamışıq. Yəni bu əməkdaşlıq çox genişdir, bu, ikitərəfli hərəkət olan küçəyə bənzəyir. Biz Avropa İttifaqı ilə sıx qarşılıqlı əlaqələrdən, təmaslardan özümüzə lazım olanı götürürük, eləcə də bizim regionda təhlükəsizlik sisteminin, o cümlədən enerji təhlükəsiziyinin möhkəmləndirilməsinə töhfəmizi veririk. Deməliyəm ki, bütövlükdə, əməkdaşlığın səviyyəsindən razıyıq, bu, daim yüksəlir.

-Qarşınızda çox kəskin şəkildə duran Qarabağ probleminin həlli məsələsində Avropa İttifaqından dəstək gözləyirsinizmi və əgər gözləyirsinizsə, bu dəstək nədən ibarət olmalıdır?

-Bu gün biz münaqişənin həlli məsələsində bütün dünya birliyi tərəfindən tam siyasi dəstək alırıq. Dünya birliyi, o cümlədən Avropa İttifaqı və bilavasitə tənzimləmə ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa, ABŞ bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə birmənalı şəkildə tərəfdar olduqlarını bildirir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən, BMT tərəfindən tanınmışdır və bu məsələ bizim apardığımız danışıqların mövzusu deyildir. Bu mənada biz Avropa İttifaqı tərəfindən də siyasi və mənəvi dəstək alırıq, bu, Yeni qonşuluq siyasəti barədə Avropa İttifaqı ilə imzaladığımız sənəddə öz əksini tapmışdır. Bu başqa məsələdir ki, hələlik bu dəstək tənzimləmə üçün zəruri tədbirlərin, daha dəqiq desək, Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı aparılmış etnik təmizləmənin nəticələrinin aradan qaldırılması, bütün qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və beləliklə münaqişənin tənzimlənməsi tədbirlərinin praktik şəkildə həyata keçirilməsinə çevrilməmişdir. Görünür, burada xalis siyasi, diplomatik bəyanatlar kifayət deyildir. Təəssüf ki, təcavüzkar dövlət olan Ermənistan iyirmi birinci əsrdə özünü orta əsrlər dövrünün deyil, iyirmi birinci əsrin reallıqlarına uyğun şəkildə aparmaq barədə dünya birliyinin çağırışlarına hələlik məhəl qoymur. Təəssüf ki, ermənilərin bu məsələyə yanaşmasında məhz orta əsrlər üçün səciyyəvi olan münasibət müşahidə olunur. Bu, qeyri-müəyyənliyə aparan yoldur, onlar heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına nail ola bilməyəcəklər, dünya birliyi heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaqdır və Azərbaycan heç vaxt buna razılıq verməyəcəkdir. Münaqişənin həlli yolları üzdədir, bu yollar bütün ölkələr üçün, o cümlədən Moldova üçün də eynidir. Bizim üzləşdiyimiz problemlər təcavüzkar separatizmdir. Dağlıq Qarabağ, Dnestryanı bölgə, Abxaziya, Cənubi Osetiya problemlərinin kökləri eyni, səbəbləri eyni və təəssüf ki, nəticələri də eynidir. Buna görə də onlar məhz beynəlxalq hüquq prinsipləri əsasında həll olunmalıdır. Ümidvaram ki, Ermənistanda sağlam düşüncə üstün gələcək və ermənilər yaranmış vəziyyətdən, beynəlxalq praktikanın reallıqlarından və regionda qüvvələr nisbətinin dəyişməsi reallıqlarından düzgün nəticə çıxaracaqlar.

-Biz özümüz də yəqin edə bilmişik ki, Bakıda müxtəlif dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər, pravoslav məbədləri, məscidlər, sinaqoqlar çox rahat işləyir. Sizin fikrinizcə, bu faktlar da Azərbaycanın avropasayaqlığının təzahürləridir?

-İctimai formasiyadan asılı olmayaraq, tolerantlıq Azərbaycanda həmişə həyat norması olmuşdur. Bu, indiki dövrün səciyyəvi hadisəsi və bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın nəticəsi deyildir. Biz Rusiya imperiyasının tərkib hissəsi olduğumuz dövrdə də belə idi, Sovet İttifaqının tərkib hissəsi olduğumuz vaxtda da belə idi, indi - müstəqil dövlət olduğumuz şəraitdə də belədir. Ölkəmizdə müxtəlif xalqların, müxtəlif dinlərin çoxsaylı nümayəndələri yaşayır və onların hamısı bir ailə kimidir. Azərbaycanda heç vaxt dini və ya etnik zəmində münaqişələr olmamışdır. Bizim ölkədə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması faktı dövlətimizi möhkəmləndirir. Ermənistan isə monodövlətdir və onun əhalisinin, demək olar ki, yüz faizini erməni milləti təşkil edir, yeri gəlmişkən, ada-dövlətlər müstəsna olmaqla, bu vəziyyət heç bir normal dövlət üçün norma sayılmamalıdır. Dövlətin siyasəti və dövlətin milli azlıqlara münasibəti həm də dövlətin milli tərkibini müəyyənləşdirir. Vaxtilə Ermənistanda başqa millətlərin çoxlu nümayəndələri, o cümlədən üç yüz mindən artıq azərbaycanlı yaşayırdı. Bütün başqa millətlərin nümayəndələri kimi, azərbaycanlılar da bu torpaqdan qovulmuşdur. Biz Azərbaycanda çox sevinirik ki, milli sülh ölkəmizin dinamik inkişafına kömək edir. Bundan sonra da mümkün olan hər şeyi edəcəyik ki, Azərbaycanda yaşayan bütün xalqlar arasında həmrəylik, sülh və qardaşlıq münasibətləri inkişaf etsin.

-Yan keçə bilmədiyimiz bir sual. Bildiyimizə görə, keçən il Azərbaycan iqtisadiyyatında artım göstəricisi otuz beş faizə çatmışdır. Deyə bilərsinizmi, bu Azərbaycan möcüzəsinin sirri nədədir?

-Əlbəttə, bu, ilk növbədə, hələ ötən əsrin 90-cı illərindən başlanmış cəsarətli iqtisadi islahatlarla bağlıdır. Ölkəmizin müstəqilliyinin bərpa edilməsinin ilk illərində biz vətəndaş müharibəsinin, xaosun, dağıntıların çox ağır nəticələri ilə üzləşmişik. Lakin 1993-cü ildə bütün mənfi meyillər dayandırıldı və 1996-cı ildən 2004-cü ilə qədər biz dinamik şəkildə inkişaf etdik. İqtisadiyyatın həcmi orta hesabla ildə 10 faiz artırdı. Bu, yaxşı göstəricidir və demək olar ki, 10 il müddətində hər il vəziyyət belə olmuşdur. 2005-ci il 90-cı illərdə başlanmış və 2000-ci illərdə davam etdirilmiş bütün islahatların bir növ inikası olmuşdur. 2005-ci ildə bizdə iqtisadi artım göstəricisi 26 faiz səviyyəsində idi. 2006-cı ildə isə sizin qeyd etdiyiniz kimi, 2005-ci ilin 26 faizlik bazası əsasında bu artım 35 faizə çatmışdır. Artıq cari ilə yekun vurulur, bu il iqtisadi artım göstəricisi 30 faiz həddində olacaqdır. Bu o deməkdir ki, biz üç ildə ÜDM-i faktik olaraq iki dəfə artırırıq. Əlbəttə, burada enerji amili - neft və qaz hasilatının artırılması, eləcə də islahatların fəal aparılması, iqtisadiyyatın liberlaşdırılması, özəl sektorun stimullaşdırılması mühüm rol oynayır. Biz özəl sektora hər il təqribən yüz milyon dollar məbləğində güzəştli kreditlər veririk.

-Bu, çox cəsarətli qərardır.

-Elədir. Üstəlik, biz kənd təsərrüfatına çox kömək edirik. Əhalinin yarısı kənd yerlərində yaşayır. Buğda yetişdirilən torpaqların hər hektarına görə kəndlilərə 50 dollar verilir. Bundan əlavə, biz kəndlilərə gübrə sarıdan ciddi kömək etməyi planlaşdırırıq və artıq bu işə başlamışıq. Biz dövlət xətti ilə texnika alırıq və istehsalın artırılması üçün bu texnikanı güzəştli qiymətlə kəndlilərə icarəyə veririk. Bir daha demək istəyirəm ki, iqtisadiyyat maksimum dərəcədə liberallaşdırılmışdır. Bizdə özəl sektorun ÜDM-də payı 80 faizdən çoxdur. Onu da nəzərə almaq lazımdır ki, neft və qaz sahəsi dövlətin inhisarındadır, bunlar isə iqtisadiyyatın əsasıdır. Buna görə də bütün amillərin məcmusu və əlbəttə, vəziyyətin sabitləşməsi, xarici investorların Azərbaycana inamı bu uğurları qazanmağımıza imkan vermişdir. Əlbəttə, üç il dalbadal təqribən 30 faiz və daha artıq iqtisadi artıma nail olmaq, demək olar ki, dünya rekordudur. Lakin mənim üçün hətta bunlar da çox mühüm göstərici deyildir. Ölkədə yoxsulluğun azalması daha mühüm göstəricidir, çünki ÜDM-in səviyyəsi hələ o demək deyil ki, bu imkanlardan hamı istifadə etmişdir. Yoxsulların sayı 2003-cü ildəki 50 faizdən 2007-ci ildə 20 faizə qədər azalmışdır. 2007-ci ilin yekunlarına görə isə, bizdə olan məlumatlara əsasən, bu göstərici daha aşağı olacaqdır. Bu, əsas göstəricilərdən biridir. Son dörd ildə biz regional inkişaf proqramını həyata keçirməklə ölkədə 600 mindən çox yeni iş yeri açmağa nail olmuşuq. Təkcə Bakı deyil, bütün bölgələr inkişaf edir. Biz infrastrukturun inkişafına külli məbləğdə vəsait sərf edirik. Gələn il, ilk dəfə olaraq, daxili investisiyalar xarici investiyaların həcmini aşacaq, xarici investisiyalar isə ildə bir neçə milyard dollar deməkdir. Buna görə də ölkəmiz iqtisadi hərc-mərclik dövrünün bütün çətinliklərini geridə qoymuşdur və indi biz inamla inkişaf edirik. Son beş ildə biz dövlət xərclərini demək olar ki, 10 dəfə artırmağa nail olmuşuq. 2003-cü ildə bu xərclərin məbləği bir milyard dollardan bir qədər artıq olduğu halda, 2008-ci ildə on iki milyard dollara çatacaqdır. Bunlar bizim icmal büdcəsinin parametrləridir.

-Bəli, cənab Prezident, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsində xüsusi fəallıq göstərmişdir, bu kəmərlərlə enerji daşıyıcılarını nəql edir. İndi isə eşitdiyimizə görə, tezliklə Bakı-Tbilisi-Qars dəmir yol xətti də işə salınacaqdır. Xahiş edirəm, səhv etsəm səhvimi düzəldin. Deyə bilərikmi Azərbaycan regionda lider dövlətə çevrilir?

-Hər halda, regionda mühüm rol oynayan dövlətə xas olan bütün parametrlər bizdə mövcuddur. Bizim ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngindir, bu, həmişə belə olmuşdur. Biz sahildən uzaqda, dənizin dərinliyində yerləşən yataqlardan neft çıxarmağa, neft və qaz kəmərləri çəkməyə başlamışıq. Bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Yeri gəlmişkən, neft hasil edən ölkələr arasında bizimlə eyni vəziyyətdə olanlar azdır. Həmin ölkələrin əksəriyyətinin dünya bazarlarına birbaşa çıxışı vardır. Buna görə də biz nefti çıxarmaqla, sahilə çatdırmaqla bərabər, onu iki ölkə ərazisindən keçməklə dünya bazarlarına nəql etməli idik. Bu gün bizim üç neft kəmərimiz var: Bakı-Tbilisi-Ceyhan, Qara dənizə çıxan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri. Bundan əlavə, qazı qonşu ölkələrə çatdıran Bakı-Tbilisi-Ərzurum qaz kəmərimiz mövcuddur. Artıq indi Azərbaycanda hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstan bazarlarına daxil olur. Gələcəkdə biz istehlakçılarımızın coğrafiyasını genişləndirməyi nəzərdə tuturuq. Azərbaycan qazını Yunanıstana satmaqla biz Avropa İttifaqı bazarına çıxırıq. Bu, çox yaxşı başlanğıcdır, onun yaxşı perspektivləri vardır. Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi ən azı on il müzakirə edildi. Lakin maliyyə mənbələri olmadığına görə, bu layihə kağız üzərində qalmışdı. Biz bu prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə nail olduq. Bu, ölkəmiz üçün, eləcə də Gürcüstan üçün, Türkiyə üçün və bütövlükdə Mərkəzi Asiya regionu üçün, Avropa üçün tarixi layihədir. Çünki bu dəmir yolu Avropa ilə Asiyanı çox etibarlı və qısa yolla birləşdirəcəkdir. Bu, İpək yolu layihəsinin əməli təcəssümüdür. Bu layihənin təşəbbüsçüsü bizik, üstəlik, bundan ötrü zəruri vəsaitin yarısını - təqribən iki yüz milyon dollar pul ayırmışıq. Lap bu yaxınlarda biz Gürcüstanda mərasim keçirdik, Gürcüstan, Türkiyə və Azərbaycan prezidentləri dəmir yolunun tikintisinin təməlini qoydular. Bütün bu amillər, eləcə də Azərbaycanın geosiyasi əhəmiyyətinin getdikcə artması, regionda baş verən proseslərə təsir göstərmək imkanı sayəsində ölkəmiz Cənubi Qafqazın adi bir ölkəsindən regional problemlərin həllində fəal iştirak edən ölkəyə çevrilmişdir. Özü də bütün regional layihələrimiz, bütün təşəbbüslərimiz əməkdaşlığa, təhlükəsizlik, o cümlədən Avropa üçün enerji təhlükəsizliyi tədbirlərinin möhkəmlənməsinə, Xəzər, Qara dəniz, Baltik dənizi, Mərkəzi Asiya regionu, Qafqaz və Avropa arasında regional əməkdaşlığa yönəlmişdir.

-Deməliyəm ki, Sizin Moldovadakı səfirliyiniz çox fəal işləyir. Bu il baş vermiş dəhşətli quraqlıqdan sonra bizə sanballı maliyyə yardımı göstərən ilk ölkə Azərbaycan olmuşdur. Moldova-Azərbaycan əməkdaşlığı sahəsində hansı perspektivlər var?

-Zənnimcə, bu sahədə çox gözəl perspektivlər var. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox yaxşı səviyyədədir. Sizin qeyd etdiyiniz kimi biz Moldovada səfirlik açmışıq və o, artıq fəal işləyir. Biz GUAM təşkilatı çərçivəsində əməkdaşlıq edirik, regional əməkdaşlıq məsələlərini orada da fəal müzakirə edirik. Bildiyiniz kimi, GUAM-ın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında dondurulmuş münaqişələr məsələsi müzakirə ediləcəkdir. Bu da çox vacibdir. Münaqişələrin həlli üçün GUAM çərçivəsində səylərimizi birləşdirmişik, çünki yuxarıda dediyim kimi, bu münaqişələrin hamısı eyni təbiətlidir, təcavüzkar separatizmlə bağlıdır və bu münaqişələrin hamısı az və ya çox dərəcədə etnik təmizləmələrlə müşayiət olunmuşdur. Bu münaqişələr nəticəsində Moldovanın, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Buna görə də biz qarşıya qoyulmuş məqsədə çatmaq, müstəqilliyimizi möhkəmləndirmək, ölkələrimizin ərazi bütövlüyünün bərpa edilməsinə nail olmaq üçün qüvvələrimizi daha sıx əlaqələndirməli, səylərimizi birləşdirməliyik. Ölkələrimiz arasında münasibətlərin inkşaf perspektivləri kifayət qədər genişdir. Bu münasibətlər siyasi və iqtisadi qarşılıqlı əlaqələri, Avropaya inteqrasiya məsələlərini əhatə edir. Sizin də qeyd etdiyiniz kimi, biz tərəfdaşlarıq, dostlarıq, deməli, bir-birimizə kömək etməliyik. Kənd təsərrüfatının Moldova iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu başa düşürük, ona görə də sizin ölkədə quraqlıq olanda biz dərhal maliyyə yardımı göstərməyi qərara aldıq. Məndə olan məlumata görə, sizə ən çox maliyyə yardımı göstərən biz olmuşuq və bu iş sizin müraciətinizdən dərhal sonra görülmüşdür. Biz qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi istiqamətində əvvəllər də əməkdaşlıq edirdik. Bundan əvvəl Azərbaycandan Moldovaya göndərilən enerji daşıyıcılarının həcminin artırılmasına zərurət olanda biz bunu da təmin etmişdik.

-Gələn il Azərbaycanda seçkilər ilidir. Siz öz qələbənizə əminsinizmi?

-Bəli, əminəm. Biz nəzərdə tutduğumuz tədbirlərin hamısını həyata keçirmişik. Mənim 2003-cü ildə verdiyim bütün vədlərə əməl edilmişdir. Yadımdadır, mən Azərbaycan regionlarının inkişafı proqramı ilə çıxış edəndə demişdim ki, bu, bizim inkişafımızın əsas istiqamətlərindən biridir, təkcə Bakı şəhəri deyil, bütün regionlar inkişaf etdirilməlidir. Mən demişdim ki, prezident seçiləcəyim təqdirdə, beş il ərzində Azərbaycanda altı yüz min iş yeri açılacaqdır. Yadımdadır, o vaxt mənim bədxahlarımdan bəziləri bu vədləri şübhə altına almağa çalışır, məni populizmdə və seçiciləri aldatmaqda ittiham edirdi. Mən bunu heç vaxt özümə rəva görməmişəm və indi - prezident seçiləndən beş il sonra deyil, dörd il sonra altı yüz mindən artıq iş yeri yaradılmışdır. Bu müddətdə dövlət xərcləri on dəfə artırılmış, 1200 məktəb, onlarca xəstəxana, avtomobil yolları, 6 elektrik stansiyası tikilmişdir - hamısını saymaqla qurtarmaz. İqtisadi sahədə artım təmin olunmuş, bütün transmilli enerji layihələri reallaşdırılmışdır. Buna görə də mən seçkilərə inamla gedirəm, mənim insanlara deməyə sözüm var, mən insanların ovqatına bələdəm. Bizimlə rəqabət aparmağa cəhd göstərənlər bu dörd ildə öz kabinetlərindən bayıra çıxmamışlar. Görünür, onlar kabinetlərdən çıxmağa xəcalət çəkirlər, çünki onlar özlərini çoxdan gözdən salıblar və adamlara deməyə sözləri yoxdur. Bu gün Azərbaycanda ənənəvi müxalifətin fəaliyyət meydanı həmişəkindən daha məhduddur. Ona görə yox ki, biz kimisə sıxışdırır və problemlər yaradırıq. Xeyr, ona görə ki, biz nəyi nəzərdə tutmuşduqsa, ölkəmiz üçün, onun möhkəmlənməsi üçün, təhlükəsizliyi, inkişafı üçün nə lazımdırsa, hamısını edirik. Buna görə də hesab edirəm ki, 2008-ci il əvvəlki illərdən fərqlənməyəcək, bizim 2003-cü ildə nəzərdə tutduğumuz bütün planların həyata keçirilməsi ili olacaqdır.

-Yəqin ki, uşaqlıqda prezidentlik arzusunda olmamısınız?

-Yox.

-Sirr deyilsə, kim olmaq istəyirdiniz?

-Uşaqlıqda mən general olmaq istəyirdim. Atam Heydər Əliyev general olanda mənim altı yaşım vardı. Əlbəttə, hərbi forma, general poqonları bütün uşaqlar üçün xüsusi ehtiram predmetidir. Uşaqlıqda biz hamımız müharibə oyunları oynayırdıq, hamımız özümüzü böyük sərkərdələr kimi təsəvvür edirdik. Mənə gəldikdə isə, hər gün generalı evimizdə görürdüm. Buna görə də təbii ki, mən də atam kimi general olmaq arzusunda idim. Mən general olmadım, lakin bütün başqa məsələlərdə atam kimi olmağa çalışıram.

-Müsahibəyə görə Sizə bir daha təşəkkür edirəm.

-Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb