Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA HERALDİKA ŞURASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında heraldika sahəsində vahid dövlət siyasətinin hazırlanması və həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası yaradılsın.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur – 1 nömrəli əlavə).

3. “Dövlət heraldika reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur – 2 nömrəli əlavə).

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər

məsələləri həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin