Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Məni müstəqil dövlətimizin yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif etməyiniz barədə xəbəri böyük sevinc, həyəcan, məsuliyyət və dərin minnətdarlıq hissi ilə qəbul edirəm. 

Mənə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə ürəkdən minnətdaram. Kiçik əməyimə verdiyiniz böyük qiymətin müqabilində özümü Sizin qarşınızda, Vətən qarşısında, elmimiz qarşısında bir daha borclu hesab edirəm. Sizi əmin etmək istəyirəm ki, ömrümün qalan hissəsini Sizin daxili və xarici siyasətinizin təbliğinə, Sizin də, mənim də çox sevdiyimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının tədqiqinə həsr edəcəyəm. Sizə bir daha dərin və sonsuz minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı və daha parlaq uğurlar arzulayıram.

Allah-Təala Azərbaycan xalqını Sizsiz etməsin.

Səfərəli Babayev

Naxçıvan Dövlət Universitetinin coğrafiya

kafedrasının müdiri, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin