AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Cənab Prezident,
Daşkəndə səfərimlə əlaqədar ölkənizin ərazisi üzərindən uçarkən şərəf hissi ilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə sülh və firavanlıq dolu ən xoş arzularımı yetirirəm.
Cənab Prezident, xahiş edirəm, Sizə dərin rəğbət və hörmət hissləri bəslədiyimə əmin olasınız.
İon İliyesku
Rumıniyanın Prezidenti