AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Şəxsən öz adımdan və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi xalqı adından səhhətinizdə baş verən narahatçılığın ötüb keçməsi ilə əlaqədar Sizə ən səmimi təbriklərimi çatdırmaq mənim üçün çox xoşdur.
Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram.
Polkovnik Müəmmar Qəzzafi
Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin
Rəhbəri