Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident Heydər Əliyev, 

İraq münaqişəsi zamanı müstəsna liderliyinizə və dəstəyinizə görə Pensilvaniya və bütün ABŞ əhalisi adından Sizə təşəkkür etmək istərdim. Sizi koalisiya qüvvələrinin yüksək qabiliyyətini, peşəkarlığını və qayğısını dəyərləndirmək yollarından biri kimi “Qoşunlarımıza dəstək!” şüarı altında keçiriləcək parada rəhbərlik etməyə məmnuniyyətlə dəvət edirəm. Bu tədbir 2003-cü ilin mayın 18-də, Filadelfiyanın ətraflarını əhatə edən mənim seçki dairəmdə - Delaver Kauntidə (Pensilvaniya) keçiriləcəkdir.

Filadelfiya vətənpərvərlik paradları və rallilər keçirmək ənənəsinə malikdir. Birinci körfəz müharibəsinin sonunda mənim dairəm “Geriyə dönməyinizi alqışlayırıq!” adı altında parad təşkil etmişdir. 40 mindən artıq insan paradda bilavasitə iştirak etmiş və ya onun marşrutu boyunca iştirakçıları alqışlamışdır. Mayda keçiriləcək parad bizim ərazidə ən böyük tədbirlərdən biri olacaqdır.

İraqdakı uğurun böyük bir hissəsi Sizin qəti dəstəyiniz nəticəsində əldə olunmuşdur. Böyük qələbəyə yardıma görə Sizi və Silahlı Qüvvələrin igid nümayəndələrini alqışlamaq üçün iştirakınızı xahiş edirəm. Bizim məqsədimiz “İraqa azadlıq” əməliyyatına dəstək vermiş hər bir ölkənin nümayəndəsinin tədbirdə iştirak etməsidir. Sizin Hökumətin, hərbi və ya diplomatik korpusların nümayəndələrinin milli bayrağınız ilə parada başçılıq edə biləcəklərinə ümidvarıq.

İraq əhalisini tiran diktatorluğundan azad etmək məqsədimiz yerinə yetirilmişdir. Dünyanın şər İraq rejimindən qurtarması və azadlıq dəyərlərinin qorunub saxlanması yolunda qəhrəmanlıq və fəddakarlıqla döyüşmüş insanlar bizim alqışlarımıza layiqdirlər.

Xahişimizi nəzərdən keçirdiyinizə görə təşəkkür edirəm.

Dərin hörmətlə,

Kurt Veldon

Konqres üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin