Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu,

Yubileyiniz - anadan olmağınızın 80 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin bütün həyatınız dövlət mənafelərinə sədaqətlə xidmətin parlaq nümunəsidir. Dinc və realist xarici siyasət aparılması sayəsində Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzu durmadan artır.

Ölkələrimiz arasında ənənəvi dostluğun, yaxın mehriban qonşuluğun və hərtərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə verdiyiniz sanballı şəxsi töhfənizi Rusiyada yaxşı bilir və yüksək qiymətləndirirlər.

Əziz Heydər Əlirza oğlu, icazə verin, Sizə möhkəm cansağlığı, səadət, yüksək və məsul vəzifənizdə uğurlar arzulayım.

İqor İvanov

Rusiya Federasiyasının xarici işlər naziri

Moskva, 6 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin