Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Səksən illik yubileyiniz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin!

Sizin zəngin siyasi və həyat təcrübəniz, dərin biliyiniz və məqsədyönlülüyünüz sayəsində suveren Azərbaycan öz dövlətçiliyini möhkəmləndirmək, iqtisadi inkişaf və dünya birliyinə inteqrasiya olunmaq sahəsində böyük uğurlar qazanmışdır.

Qazaxıstanda Sizi dövlətimizin həqiqi dostu, Qazaxıstan-Azərbaycan münasibətlərinin dinamik inkişafına misilsiz töhfə vermiş dost kimi tanıyırlar. Həmişə konstruktiv dialoq və qarşılıqlı anlaşma şəraitində keçən görüşlərimizi məmnunluqla xatırlayıram. Qarşılıqlı hörmət və etimada əsaslanan səmimi münasibətlərimizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında yaranmış ənənəvi dostluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ölkələrimizin xalqlarının mənafeləri naminə daha da inkişaf edəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dövləti fəaliyyətinizdə tükənməz enerji, Sizə və yaxın adamlarınıza xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin