AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Sizi, xalqımızın böyük oğlunu, adı tarixə silinməz hərflərlə yazılmış məşhur siyasətçini, ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin etibarlı və sədaqətli dostunu 80 yaşınız münasibətilə ürəkdən təbrik edirik. Başqa sahələrlə yanaşı, ədəbiyyatımızın inkişafı naminə göstərdiyiniz xidmətlər unudulmazdır. Klassik və çağdaş yazıçılarımıza daimi diqqətinizi, Yazıçılar Birliyinə, onun ədəbi orqanlarına qayğınızı, yaşlı və gənc yazıçılara mənəvi və maddi yardımınızı minnətdarlıq duyğuları ilə xatırlayırıq. Birliyimizin fəxri üzvü olduğunuzdan qürur duyuruq.
Səhhətinizlə bağlı müəyyən narahatlıq keçirsək də tezliklə sağlam şəkildə iş başına qayıdacağınıza qəti əminik. Hər bir canlı insanın, həm də bu qədər gərgin fəaliyyətlə məşğul olan insanın yorğunluğu, dincəlmək ehtiyacı, sağlamlığı sarıdan problemləri ola bilər. Amma bu məsələdən siyasi məqsədlər üçün möhtəkirlik etmək xalqımızın əsrlərlə formalaşmış ədəb-ərkan anlayışlarına, əxlaq dəyərlərinə tamamilə ziddir və biz bu cür mənəviyyatsız təşəbbüsləri, yazıları qətiyyətlə pisləyirik.
Tezliklə Bakıya dönəcəyiniz günü səbirsizliklə gözləyir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi arzulayırıq. Azərbaycanımızın müstəqilliyi, demokratik inkişafı, işğal olunmuş torpaqlarımızın azad olunması yolunda yorulmaz fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirik.
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar
Azərbaycan Yazıçılar Fikrət Qoca,
Birliyinin katibləri Çingiz Abdullayev,
Arif Əmrahoğlu.