AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİCƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli Heydər Əlirza oğlu!
80 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin!
Qırğızıstanda Sizi qarşıya qoyulan məqsədlərə çatmaqda qətiyyət və əzmkarlığa malik dünya miqyaslı məşhur dövlət xadimi və siyasi xadim kimi yaxşı tanıyırlar.
Əsasən Sizin istedadınız, müdrikliyiniz, əməksevərliyiniz, dəyanətiniz sayəsində qardaş Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini ildən-ilə möhkəmləndirərək, dünya birliyi ilə bərabər XXI əsrə sabit inkişaf edən dövlət kimi qədəm qoymuşdur.
Azərbaycan xalqı, haqlı olaraq, Sizə ölkəsinin tərəqqisi və təhlükəsizliyinin təminatçısı kimi baxır. Əminəm ki, Sizin fəaliyyətiniz Azərbaycan xalqının gələcəyi naminə yeni parlaq xariqələrlə əlamətdar olacaqdır.
İnanıram ki, Sizin niyyət və təşəbbüsləriniz yeni nailiyyətlərdə öz təcəssümünü tapacaq, qarşılıqlı surətdə faydalı Qırğızıstan-Azərbaycan əməkdaşlığı isə ölkələrimizin xalqlarının rifahı naminə, Dostluq və əməkdaşlıq haqqında müqavilə ruhunda daim inkişaf edəcəkdir.
Hörmətli Heydər Əlirza oğlu, yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı və firavanlıq, habelə qardaş Azərbaycan xalqının tərəqqisi və əmin-amanlığı naminə belə yüksək və məsul vəzifədə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Ən xoş diləklərlə,
Əsgər Akayev
Qırğızıstan Respublikasının Prezidenti
Bişkek, 3 may 2003-cü il