Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ SAMUX RAYONUNUN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜNDƏ QİSMƏN DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılsın, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilsin, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılsın.

Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilsin, Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin