Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 40.6-cı və 40.7-ci maddələrin ikinci cümlələrində “seriya və nömrəsi” sözləri “seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

2. 52-ci maddə üzrə:

2.1. 52.2-ci maddədə “seriya və nömrəsini” sözləri “seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini” sözləri ilə əvəz edilsin;

2.2. 52.4-cü maddənin birinci cümləsinə “verilmə tarixi” sözlərindən sonra “və ya etibarlılıq müddəti” sözləri əlavə edilsin.

3. 53.2-ci maddənin ikinci cümləsində “seriya və nömrəsi” sözləri “seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

4. 57.4-cü maddənin birinci cümləsində, 57.7-ci və 57.8-ci maddələrin ikinci cümlələrində “və nömrəsini, verilmə tarixini” sözləri “, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini” sözləri ilə əvəz edilsin.

5. 63.3-cü maddənin birinci cümləsində “seriya və nömrəsi, verilmə tarixi” sözləri “seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

6. 64-cü maddə üzrə:

6.1. 64.4-cü maddənin birinci cümləsində “seriya və nömrəsini” sözləri “seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini” sözləri ilə əvəz edilsin;

6.2. 64.5-ci maddənin ikinci cümləsinə “verilmə tarixi” sözlərindən sonra “və ya etibarlılıq müddəti” sözləri əlavə edilsin.

7. 65.5-ci maddənin ikinci cümləsində “və nömrəsini, verilmə tarixini” sözləri “, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini” sözləri ilə əvəz edilsin.

8. 72.1-ci maddənin dördüncü cümləsinə “verilmə tarixi” sözlərindən sonra “və ya etibarlılıq müddəti” sözləri əlavə edilsin.

9. 90.2.12-ci maddədə “, verilmə tarixini” sözləri “və verilmə tarixini və ya etibarlılıq müddətini” sözləri ilə əvəz edilsin.

10. 101.5-ci maddənin birinci cümləsində “və nömrəsini” sözləri “, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini” sözləri ilə əvəz edilsin.

11. 104.7-ci maddənin ikinci və üçüncü cümlələrində “və nömrəsi” sözləri “, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

12. 105.2-ci maddənin beşinci cümləsində “seriya və nömrəsi” sözləri “seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

13. 1 saylı, 1 “A” saylı, 2 saylı, 2 “A” saylı, 3 saylı, 3 “A” saylı və 4 saylı əlavələrdə hər iki halda “, verilmə tarixi” sözləri “və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin