Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 6, maddə 274, N 12 (I kitab), maddə 680; 2004-cü il, N 6, maddə 416, N 11, maddə 891; 2005-ci il, N 2, maddə 62, N 4, maddə 278, N 7, maddələr 576, 584) 209.2-ci maddəsində "müəyyən edilmiş minimum əməkhaqqının 600 mislində aylıq əməkhaqqı" sözləri "15000 manat (yeni manat miqyasında) məbləğində aylıq vəzifə maaşı" sözləri ilə əvəz edilsin.

II. Bu qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2005-ci il

C.Q.Hüseynova "Xalq rəssamı" fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Cəlil Qafar oğlu Hüseynova "Xalq rəssamı" fəxri adı verilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2005-ci il

N.K.Əliyevə "Xalq rəssamı"

fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Natiq Kamal oğlu Əliyevə "Xalq rəssamı" fəxri adı verilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2005-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin