Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Elm Xadimi”
İsayev İsa Hüseyn oğlu
Nəcəfov İmamyar Həsən oğlu
“Əməkdar Həkim”
Xudiyev Azər Manaf oğlu
İsmayılova Adilə Əlviz qızı
Məmmədova Asya Hüseyn qızı
Mirzəyeva Svetlana Şəmşəd qızı
Novruzov Niyazi Hüseynqulu oğlu
Salahov Adil Qəzənfər oğlu
Sultanova Rumiyyə Ənvər qızı
Topçubaşov Ceyhun Mustafa oğlu
Vəliyeva Dilbazi Mahmud qızı
“Əməkdar Müəllim”
Əmirəliyev Sabir Nurqələm oğlu
Məmmədova Zülfiyyə Beytulla qızı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2012-ci il.