Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ XANLAR RAYONUNUN GÖYGÖL RAYONU ADLANDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qəraraalır :

I. Azərbaycan Respublikasının Xanlar rayonu Göygöl rayonu adlandırılsın, Xanlar rayon inzibati ərazi vahidi Göygöl rayon inzibati ərazi vahidi hesab edilsin.

Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar şəhəri Göygöl şəhəri adlandırılsın, Xanlar şəhər inzibati ərazi dairəsi Göygöl şəhər inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin