Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ XIZI RAYONUNUN XIZI QƏSƏBƏSİNƏ ŞƏHƏR STATUSUNUN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

I. Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Xızı qəsəbəsinə şəhər statusu verilsin, Xızı qəsəbə inzibati ərazi dairəsi Xızı şəhər inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin