Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan teatrının 140 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir

Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan teatrının 140 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı çərçivəsində reallaşmışdır.

AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl tədbir iştirakçıları Sarayın foyesində Azərbaycan teatrının tarixi inkişafını əks etdirən fotolardan, səhnə kostyumlarından və kitablardan ibarət sərgilərlə tanış olmuşlar.

Mərasimdə Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev Azərbaycan teatrının tarixi inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, 1873-cü ildə ölkəmizdə milli teatrın yaranması, onun daxilində və hüdudlarından kənarda göstərilən tamaşalarla təkcə Azərbaycanda deyil, bütövlükdə Şərqdə ilk peşəkar teatrın əsası qoyulmuşdur. Həmçinin 1873-cü ilə qədər artıq teatrın mükəmməl estetik mündəricatı - milli dramaturgiya mövcud olmuş, Mirzə Fətəli Axundzadə ölməz komediyaları ilə islam dünyasında bu janrın əsasını qoymuşdur.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Mirmahmud Kazımovski, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzəağa Əliyev, Şövkət Məmmədova, Fatma Muxtarova, Mərziyyə Davudova, Sidqi Ruhulla, Əzizə və Sona Hacıyevalar, Ağasadıq Gəraybəyli, Mövsüm Sənani, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Mustafa Mərdanov, Rüstəm Mustafayev, İsmayıl Osmanlı və başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində Azərbaycan teatrı bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə - Avropa və rus klassiklərinin və Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf etmişdir.

Bu iki istiqamət Azərbaycan teatrında milli ilə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaratmışdır. Bu vəhdət isə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamış, onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Belə bir xarakterik xüsusiyyət nəticəsində Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə S.Vurğun teatrı, İ.Əfəndiyev teatrı kimi estetik anlayışlar artıq yalnız bu sahənin deyil, ümumən Azərbaycan mədəniyyətinin mühüm hadisələri olmuşdur.

Məlumdur ki, yaradıcılığın təbiətində fərdilik vardır. Yəni yazıçı, bəstəkar, rəssam və başqaları əsər yazanda özlərini ifadə edirlər. Kollektiv sənət olan teatrın inkişafı isə eyni zamanda ədəbiyyatın, musiqinin, vokal sənətinin, rəngkarlığın, nitq mədəniyyətinin, rəqsin, fərdi aktyorluq və rejissorluq sənətinin, sənətşünaslığın inkişafı deməkdir. Avropa operasının yüzilliklər boyu keçdiyi keşməkeşli yaradıcılıq yolunu Azərbaycan teatrı bütün Şərqdə ilk dəfə olaraq Üzeyir Hacıbəylinin yaradıcılığının timsalında “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər qısa bir müddətdə qət etmişdir. Üzeyir bəy bütün Şərqdə ilk dəfə olaraq “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi klassik operettalar yazaraq onları Azərbaycan teatrının səhnəsinə gətirib çıxarmışdır. Dahi bəstəkar öz istedadı ilə Mirzə Fətəli kimi Azərbaycan mədəniyyətinə o vaxtadək tanımadığımız bir janrı - operettanı gətirərək, onu mədəniyyətimizin məhz milli faktoruna çevirmişdir.

Teatrımızın səhnəsində canlandırılan Məşədi İbad, Qoçu Əsgər, İntelligent Həsən, Hambal, Qəzetçi Rza bəy Molla Nəsrəddin və Bəhlul danəndə kimi Azərbaycan xalqının milli-ənənəvi qəhrəmanlarına çevrilmişlər. Bu operettalarda səslənən “Heç hənanın yeridir?”, “Bəs mənim bir abbasım necə oldu?”, “Mən nə qədər qoca olsam da, dəyərəm yüz cavana”, “Gəlin gətirəndə baxmazlar ki, bu oğlandır, ya qız?” və s. ifadələr qısa müddətdə səhnənin hüdudlarından çıxaraq atalar sözləri səviyyəsində xalqın gündəlik həyatına, məişətinə daxil olmuşdur.

Azərbaycan teatrı qısa bir zamanda Şekspiri tamaşaçılara o qədər sevdirə bilmişdir ki, bu sevginin nəticəsi olaraq xalq öz övladlarına onun qəhrəmanlarının adlarını qoymuşdur.

Baş nazirin müavini Elçin Əfəndiyev 1919-cu ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə - bütün Şərqdə, islam dünyasında ilk dəfə olaraq dövlət teatrının yaradılması haqqında Sərəncam imzalanmasını Azərbaycan tarixinin çox əlamətdar bir faktı kimi diqqətə çatdırmışdır.

Natiq Azərbaycan teatrının sovet dövründə inkişaf xüsusiyyətlərindən, tanınmış aktyor və rejissorların səhnəyə gətirdikləri yeniliklərdən məlumat verən natiq onu da diqqətə çatdırmışdır ki, bu gün Azərbaycanın qaçqın teatrlarının, o cümlədən İrəvan, Şuşa, Füzuli teatrlarının fəaliyyət göstərdiyi yeganə ölkədir. Əlbəttə, bu da erməni təcavüzünün nəticəsi olan bir sənət tragediyasıdır. Ancaq, eyni zamanda, həmin tragediyanın arxasında bu teatr kollektivlərinin nə qədər böyük fədakarlığı, sənət eşqi dayanır. Bütün maddi və mənəvi əzab-əziyyətlərə baxmayaraq bu sənət adamları teatrda bir yerdədirlər, səhnə ilə yaşayırlar.

Baş nazirin müavini Elçin Əfəndiyev bildirmişdir ki, bu gün Azərbaycan teatrı özünün yeni inkişaf mərhələsini yaşayır. Bu prosesin özü bir stimul rolunu oynayaraq teatrımıza, teatrşünaslığımıza yeni həvəs, yeni ehtiras gətirəcəkdir.

Azərbaycan teatrının tarixi mərhələlərindən danışan Baş nazirin müavini ümummilli lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə teatrın inkişafına böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışdır. Xatırlatmışdır ki, 40 il bundan əvvəl teatrımızın 100 illiyinə həsr olunmuş yubiley tədbirində o zaman respublikamıza rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev Azərbaycan teatrının təşəkkül tapması, formalaşması, inkişafı haqqında parlaq məruzə ilə çıxış etmişdir. Respublikanın birinci katibinin - əsas rəhbərinin belə bir mövzuda şəxsən çıxışı bütün Sovet İttifaqında görünməmiş hadisə olmuşdur.

Elçin Əfəndiyev vurğulamışdır ki, teatra belə bir ehtiram ənənəsi bu gün də davam və inkişaf etdirilir. Mədəniyyətin, teatrın inkişafı, o cümlədən dünya teatrına inteqrasiya Azərbaycan dövlətinin daxili siyasətində ən prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə son illərdə ölkəmizin nə qədər teatr binaları yenidən təmir olunmuş, yeni binalar tikilmiş, maddi-texniki vasitələrlə təmin olunmuşdur. Bu gün neçə-neçə teatr xadimlərimiz Prezident təqaüdü alırlar. Bütün bunlar şübhəsiz ki, Azərbaycan teatrının daha da inkişaf etdirilməsinə münbit zəmin yaradır.

Baş nazirin müavini Azərbaycan teatrının 140 illiyi münasibətilə hamını, o cümlədən teatr xadimlərini, işçilərini, bu sahə ilə məşğul olan hər kəsi ürəkdən təbrik etmişdir.

Yubiley mərasimində Azərbaycan teatrının inkişaf tarixini əks etdirən, eləcə də müxtəlif tamaşalardan səhnələr nümayiş etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində Azərbaycan teatrı ilə bağlı çıxışlarından, Azərbaycan teatrının 125 illiyinə həsr edilmiş tədbirdən videokadrlar göstərilmişdir. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin teatra göstərdiyi diqqət və qayğını əks etdirən videokadrlar da nümayiş olunmuşdur.

Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında”, Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında” 2013-cü il 25 iyun tarixli sərəncamlarını oxumuşdur (sərəncamlar qəzetin bugünkü nömrəsində dərc olunur).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO