ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları İranda beynəlxalq tədbirlərdə iştirak ediblər
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşı Gülgəz Məmmədova və bu ali məktəbin doktorantı Sənubər Qənbərova İran İslam Respublikasında “Hərəkət” beynəlxalq tələbə festivalında və Karaj şəhərində keçirilən “Gənc tədqiqatçılar və qlobal akademik əməkdaşlıq” beynəlxalq forumunda iştirak ediblər.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin əməkdaşları festivalda “Ekoloji mədəniyyətin formalaşmasında incəsənətin rolu” və “Azərbaycanda turizmin inkişafında multikulturalizmin rolu” mövzularında məruzə ilə çıxış ediblər.
İranın Elm, Araşdırma və Texnologiya Nazirliyi və İsfahan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mühazirələr, müzakirələr, qrup işləri, hesabat-təqdimatlar, mədəni proqramlar təşkil olunub. Həmçinin tədbir iştirakçıları Karaj, Kaşan, Tehran və İsfahan şəhərlərində tarixi mədəniyyət abidələri ilə tanış olublar.