İQTİSADİYYAT
Azərbaycanda Amerika Ticarət Palatası növbəti aylıq toplantısını keçirib
Bakı, 31 may, Elvin Camalov, AZƏRTAC
Mayın 31-də Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) növbəti aylıq toplantısını keçirib.
AZƏRTAC xəbər verir ki, budəfəki toplantıda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iştirak edib.
Komitə sədri gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və onların ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına göstərəcəyi təsirdən danışıb.
Toplantıda “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” mövzusunda təqdimatla çıxış edib.
Qarşılıqlı faydalılıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyan toplantıda daha sonra palatanın üzvlərinin çıxışları dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]