Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunur

Azərbaycanda əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunur

Bakı, 2 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkmənistan Respublikası Parlamentinin sədrinin müavini xanım Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə makroiqtisadi inkişafın təmin edilməsi sahəsində qazanılan nailiyyətləri diqqətə çatdırıb. Nazir Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində hər bir vətəndaşın layiqli yaşayış və layiqli iş yeri ilə təminatı prinsipinin dayandığını vurğulayıb. Ölkəmizdə insan kapitalının inkişafı, sosial rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunan uğurlardan danışan S.Müslümov BMT-nin İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair “İnsan inkişafı naminə əmək” adlı məruzəsində Azərbaycanın insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edildiyini bildirib: “Bu gün ölkəmiz gender bərabərliyinin təmin edilməsi sahəsində də fəal dövlət siyasətinə malikdir. Respublikanın sosial-iqtisadi inkişaf proseslərində qadınlar bərabərhüquqlu iştirak imkanlarına malikdirlər. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında gender bərabərliyini təmin edən müddəalar əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanıb ki, bu mühüm sənəd respublikada qadınların kişilərlə hüquq bərabərliyinin təmin olunmasına yönəlib. Ümumən bu gün milli qanunvericilikdə bununla bağlı mütərəqqi beynəlxalq normalara uyğun hüquqi əsaslar mövcuddur”, - deyə S.Müslümov bildirib.

Nazir vurğulayıb ki, ötən dövrdə qadın hüquqlarının müdafiəsi üzrə bütün əsas beynəlxalq sənədləri ratifikasiya edən Azərbaycan BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına tərəfdar çıxıb. Eyni zamanda, ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) 57 Konvensiyasına, o cümlədən BƏT-in “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Analığın mühafizəsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” Konvensiyalarına qoşulub. 2006-cı ildə isə ölkəmizdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda, ölkəmizin Əmək Məcəlləsində də gender bərabərliyinin təmin olunmasına yönələn prinsiplər əksini tapıb.

Respublikamızda əmək münasibətlərində iştirak sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyin hər hansı təzahürlərinin qanunla qadağan olunduğunu qeyd edən S.Müslümov bu sahədə gender bərabərliyi prinsipinə əməl olunduğunu vurğulayıb: “Yoxsulluq və işsizliyin aşağı səviyyədə olduğu Azərbaycanda əmək bazarında qadınların da bərabər əsaslarla iştirakı təmin olunur. 2005-2015-ci illərdə ölkəmizdə məşğul əhalinin sayı 15 faiz, məşğul əhalinin tərkibində qadınların sayı isə 15,6 faiz artıb. Əgər 10 il bundan əvvəl məşğul əhalinin 48,2 faizi qadınlardan ibarət idisə, ötən dövrdə məşğul əhalinin sayının xeyli artdığı şəraitdə 2015-ci ildə bu göstərici nəinki azalıb, hətta bir qədər də artaraq 48,5 faiz təşkil edib ki, bu da əmək bazarında qadınların rolunun fəal olduğunu göstərir. Nazirliyin məşğulluq orqanları tərəfindən məşğulluğu təmin edilənlərin, peşə hazırlığı və əlavə təhsil kurslarına, digər aktiv məşğulluq tədbirlərinə cəlb olunanların da mühüm bir hissəsini qadınlar təşkil edir”.

Nazir yeni “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)” layihəsindən də bəhs edərək qadınların əmək bazarına çıxış imkanlarının artırılmasının da əsas hədəflər sırasında olduğunu bildirib. S.Müslümov milli sosial müdafiə, habelə sosial xidmətlər sistemi barədə məlumat verərək bu sahədə gender bərabərliyi baxımından heç bir problem olmadığını qeyd edib: “Bununla yanaşı, pensiya və sosial müavinətlərlə bağlı qanunvericilikdə çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün əlavə güzəştlər mövcuddur. Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinət də verilir. Hazırda 15 minədək insan səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur ki, onların bir hissəsi də qadınlardır”.

Görüşdə S.Müslümov əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqindən, nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemindən bəhs edib. Nazir əmək müqavilələrinin elektron qeydiyyat sisteminin üstünlüklərini diqqətə çatdıraraq nazirliyin avtomatlaşdırılmış sistemlərinin mütərəqqi təcrübə nümunələri kimi BMT tərəfindən dünyada təbliğ olunduğunu bildirib: “Azərbaycanda ölkə vətəndaşları kimi, əməkçi miqrantların da əmək və sosial hüquqlarının təmin olunması daim diqqətdə saxlanılır. Ölkədə müasir sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot alt sistemində Türkmənistan vətəndaşları da qeydiyyatdadır və bu, onların gələcək pensiya və sosial müdafiə hüquqlarına malik olmalarına əsas yaradır”.

S.Müslümov Azərbaycan Prezidentinin 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə respublikamızda əmək bazarı proqramlarının əhalinin özünüməşğulluğunun təmin olunması müstəvisində genişləndiyini diqqətə çatdırıb, bu sahədə ölkədə formalaşan yeni iş təcrübəsi barədə məlumat verib.

Q.Bayramova Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə müsbət təəssüratlarını bölüşüb. O, ölkəmizdə əmək və sosial xidmət sahələrində gender bərabərliyinin təmin edilməsində uğurlu təcrübənin olduğunu qeyd edib. Q.Bayramova idarəetmə və xidmətlər sahəsində müasir infrastrukturun qurulması, əhalinin, o cümlədən qadınların məşğulluq imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində görülmüş işlərin onlarda böyük maraq doğurduğunu vurğulayıb.

Görüş mövzuya dair fikir mübadiləsi şəraitində davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı