İDMAN
Azərbaycanda keçirilən dünya çempionatında “Hyundai” avtomobillərindən istifadə olunacaqdır
Bakı, 22 sentyabr (AZƏRTAC). Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”-də istifadə olunacaq 65 “Hyundai” avtomobili AFFA-ya təhvil verilmişdir.
AZƏRTAC xəbər verir ki, FIFA və Yerli Təşkilat Komitəsinin nümayəndələri, həmçinin, “Hyundai” Motor Company-nin yerli distributor nümayəndələri bu yarışmada istifadə olunacaq avtomobillərlə yaxından tanış olmuşlar.
“Hyundai” Motor Company 2002-ci ildən FIFA-nın dünya çempionatlarını və digər tədbirlərini avtomobillə təmin etməklə sadiq partnyor olduğunu sübut etmişdir. Yaponiyada yenicə başa çatmış FIFA U-20 qadınlararası dünya çempionatına dəstəyin ardınca “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”-nin avtomobillə təmin olunması “Hyundai” Motor Company-nin qadın futbolunun beynəlxalq səviyyədə inkişafında FIFA-ya dəstək məqsədi ilə öz üzərinə götürdüyü öhdəliyi nə dərəcədə yerinə yetirməsinin göstəricisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]