Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb

Sənəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında imzalanıb

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu AQUPDK–nın sədri Hicran Hüseynova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Qulam İshaqzai imzalayıblar.

AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, şəxs məhkəməyə özü, yaxın qohumu, ya da vəkili vasitəsilə müraciət edə bilər. Bu da aztəminatlı və həssas qrupdan olan ailələr üçün bir sıra çətinliklər yaradır. “Təəssüflər olsun ki, əksər hallarda yaxın qohumlar həmin şəxsə dəstək göstərmirlər. Vəkillik xidməti pullu olduğu üçün zərərçəkmiş şəxs çətin məqamla üzləşir, ödənişi edə bilmir. Komitəyə nikaha xitam verilməsi, alimentin, atalığın müəyyən olunması və digər məsələlərlə bağlı daxil olan müraciətlərin sayı artır. Bütün bunlar isə vətəndaşların, o cümlədən məişət zorakılığından zərər çəkən şəxslərin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi məsələsinə yenidən baxılmasını tələb edir”, – deyə H.Hüseynova deyib.

AQUPDK-nın sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən aztəminatlı şəxslərə Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı imzalanan Fərman zorakılıqdan zərərçəkənlərə hüquqi yardım göstərilməsi ilə bağlı problemin müsbət həllinə imkan verəcək. Çalışırıq ki, hər bir Azərbaycan vətəndaşı bu dəstəkdən yararlansın. Memorandum məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın göstərilməsi istiqamətində birgə səylərin gücləndirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, ölkəmizdə vətəndaş, insan amili diqqətdə saxlanılır və bu, qanunvericilikdə də öz əksini tapıb. Vurğulayıb ki, zorakılıqdan zərərçəkənlərə hüquqi yardım göstərilməsi qanunda göstərildiyi kimi ödənişsiz həyata keçirilir. Lakin bu, o demək deyil ki, vəkillər həmin şəxslərə pulsuz yardım göstərməlidir. Qanunda nəzərdə tutulan ödənişsiz hüquqi yardım dövlətin hesabına həyata keçirilir. Bildirib ki, bu memorandumun imzalanması böyük imkanlara yol açır. Vəkillərin bu sahədə bilik səviyyələrinin artırılması, vəkillərin zorakılıqdan zərər çəkənlərə hüquqi yardım göstərmələri ilə bağlı treninqlərin təşkili nəzərdə tutulur. Vəkillər bu layihəyə könüllülük əsasında qoşulacaqlar. Bu sahə spesifik olduğundan vəkillərdən peşəkarlıq, xüsusi yanaşma tələb olunur.

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam İshaqzai memorandumun “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” adlı 16 günlük fəallıq kampaniyası çərçivəsində həyata keçirildiyindən məmnunluğunu ifadə edib. Bildirib ki, gender əsaslı zorakılığın kəskin fəsadları vardır və buna qarşı mübarizə aparılmalıdır. Onun sözlərinə görə, Anlaşma Memorandumu zorakılıqdan zərərçəkən insanların müdafiəsi istiqamətində mühüm sənədlərdən biri olacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Vəkillər Kollegiyasına təşəkkürünü bildirən BMT-nin nümayəndəsi hüquqi dəstəyin göstərilməsi ilə bağlı səylərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, sənədə əsasən, AQUPDK nəzdində fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq hüquqi dəstək xidməti göstəriləcək. Eyni zamanda, tərəflər zərərçəkmişlərin hüquqlarının müdafiəsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələndirmənin gücləndirilməsi, bu şəxslərə hüquqi yardımın göstərilməsi üzrə vəkillərin bilik və təcrübələrinin artırılması üçün Vəkillər Kollegiyasının fəaliyyətinin dəstəklənməsi, vəkillər üçün gender-həssas təlim modullarının təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr olunan Karyera Festivalı keçirilir

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib