İQTİSADİYYAT
Azərbaycanda mobil sektorun inkişafı məsələləri müzakirə olunmuşdur
Bakı, 4 avqust (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycanda mobil sektorun inkişafı məsələləri, mövcud problemlərin həlli və tənzimlənməsi yolları, 3-cü nəsil (3G) mobil rabitə xidmətinin tətbiqinin genişləndirilməsi, bu məqsədlə mobil operatorlara əlavə lisenziyaların verilməsi və xidmətlərin təşkili üçün zəruri olan və hazırda efir-kabel şəbəkəsində istismar edilən radiotezliklərin mobil operatorların istifadəsinə verilməsi imkanları müzakirə edilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, müzakirələrdə RİTN-in rəhbərliyi, “Azercell”, “Bakcell” və “Azerfon” şirkətlərinin nümayəndələri iştirak etmişlər. Müzakirələrdən sonra iştirakçılar tərəfindən protokol imzalanmışdır. Protokolda bu sahədə həlli vacib məsələlərin icrası üçün razılıq əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]