Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb [YENİLƏNİB] VİDEO

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.

Musiqili Teatrın səhnəsində balet ustalarının təqdim etdikləri performans, incəsənət ustalarının ifa etdikləri klassik musiqi nömrələri, eləcə də nümayiş olunan videomateriallar Azərbaycan teatrının şanlı keçmişinə, müasir inkişafına baxışın musiqili-ədəbi xülasəsi idi. Bütün bunlar deməyə əsas verir ki, həmişə olduğu kimi bu dəfə də Bakı növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

Təzadlarla dolu müasir dünyamız, konfransdan əvvəl bədii proqramda təqdim edilən Hamletin “Olum, ya ölüm” monoloqunda olduğu kimi sual qarşısındadır desək, bəlkə də yanılmarıq. Lakin belə bir mühitdə Azərbaycanın dünya ölkələrinə örnək olacaq multikultural ənənələri gələcəyə nikbin baxmağa əsas verir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda bildirilir ki, “Multikulturalizm və teatr” mövzusunda keçirilən konfransa toplaşmış görkəmli teatr peşəkarları tədbir çərçivəsində qarşıya qoyulan bir çox məsələlərin həllinə nail olacaqlar. Dostluq, qardaşlıq nümunəsi olan multikulturalizm ideyalarının teatr kimi möhtəşəm mədəniyyət abidəsinin köməyi ilə dünyaya yayılmasına şərait yaradılacaq.

Qeyd olunur ki, dördüncü dəfədir keçirilən konfrans ölkəmizdə elan edilən “Multikulturalizm ili” çərçivəsində reallaşdırılan tədbirlər sırasındadır və Azərbaycanın multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında tanınmasına öz töhfəsini verir. Tanınmış teatr xadimlərinin bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək, bütün insanların multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səylərini birləşdirməkdən ibarətdir.

Qonaqları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu gün dünyanın tanınmış teatr sənətçilərinin dördüncü dəfə bir araya gələrək bu əhəmiyyətli tədbirdə iştirak etməsi və müasir teatr proseslərinin araşdırılması təqdirəlayiq hadisədir.

Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açan nazir bildirib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. “O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişir, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşir. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri - aktyor və rejissor nəsli yetişir, repertuar siyasəti formalaşır. Beləliklə də teatr Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayır. Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqəti nəticəsində çox keçmədən yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik səhnə ocaqları yaradılır”, - deyə nazir vurğulayıb.

Azərbaycan müəlliflərinin əsərlərinin dünyanın bir neçə ölkəsində səhnələşdirildiyini söyləyən Ə.Qarayev deyib ki, yalnız bu il müddətində Xalq Yazıçısı Elçinin əsərləri İstanbul, London, Nyu-York, Sankt-Peterburq və İtaliyanın bir sıra şəhərlərində səhnəyə qoyulub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan nazir qeyd edib ki, işğal nəticəsində mədəniyyət nümunələrimiz dağıntılara məruz qalıb. Bu, teatr sənətindən də yan keçməyib. İrəvan, Şuşa, Ağdam teatrları hazırda bu vəziyyəti özündə hiss edirlər. Dövlət tərəfindən bu teatrların kollektivləri üçün lazımi şərait yaradılıb.

Bu gün Azərbaycan qaynar mədəni həyat yaşayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə keçirilən çoxsaylı beynəlxalq festivallar, simpoziumlar, mədəniyyət günləri, müsabiqələr və digər tədbirlər ölkəmizi dünyada böyük mədəniyyət mərkəzlərindən birinə çevirir.

Bu gün respublikamızda 26 dövlət teatrı, “ÜNS” Yaradıcılıq Səhnəsi, bələdiyyə, özəl və xalq teatrlarının fəaliyyət göstərdiyini söyləyən nazir bildirib ki, multikultural dəyərlər qorunaraq azsaylı xalqların teatr kollektivlərinin yaradılmasına və inkişafına geniş imkan açır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması teatr sahəsində də təcəssümünü tapıb. Ayrı-ayrı xalqların teatrları milli teatrımızla çiyin-çiyinə çalışaraq ümumi mədəni irsin zənginləşməsinə xidmət edir. IV Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyinin, tolerantlıq məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur. Bu mənada respublikamızda yürüdülən mədəniyyət siyasətinin məqsədi ölkələr, xalqlar, millətlər, etnoslar, etnik qruplar arasında mədəniyyət vasitəsilə aktiv dialoqa nail olmaqdan ibarətdir.

Belə bir tədbirin Bakıda keçirilməsinin böyük qürur hissi doğurduğunu söyləyən mədəniyyət və turizm naziri bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır.

Artıq dördüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən - Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Avstraliya, Belarus, Ukrayna, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İtaliya, Küveyt, Qətər, Latviya, Macarıstan, İraq, Özbəkistan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka, Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, teatr sənətinin nüfuzlu nümayəndələri Bakı şəhərinə toplaşıblar. Konfransda BTİ (Beynəlxalq Teatr İnstitutu), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), IFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.

Konfransın işinə uğurlar arzulayan Əbülfəs Qarayev deyib ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən səmərəli teatr forumuna çevriləcəkdir.

Nazir 2017-ci ildə ölkəmizdə keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqlara məlumat verib, teatr sənəti ilə məşğul olan insanları forumda iştiraka dəvət edib.

Ölkəmizdə teatr və rejissor məktəblərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın mühüm əhəmiyyət daşıdığını söyləyib.

Akademik vurğulayıb ki, ölkəmizdə olan etnik qrupların teatrları vahid ailənin üzvləri kimi çıxış edirlər. Teatrla bağlı problemləri müzakirə etmək üçün ölkəmizdə zəngin teatr təcrübəsi mövcuddur. Azərbaycanda bir neçə əsrlik teatr ənənəsi, bu sənəti zənginləşdirib inkişaf etdirən məktəblər, öz üslubu olan teatrlar vardır. Bu, Azərbaycan milli mədəniyyətinin böyük nailiyyətidir.

Azərbaycan yazıçılarının əsərlərinin bir çox dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə səhnələşdirildiyini bildirən akademikin sözlərinə görə, Cəlil Məmmədquluzadənin “Kamança” əsəri multikultural dəyərlərin rəmzinə çevrilə bilər. Multikulturalizm ölkəmizdə təkcə dövlət siyasəti deyil, həm də real həyat tərzidir.

Qara dəniz, Xəzər dənizi Beynəlxalq Fondunun vitse-prezidenti, “Afrikanın səsi” ədəbi mükafatının laureatı, şahzadə Zolani Mkiva (Cənubi Afrika Respublikası) konfransda iştirakından məmnunluğunu ifadə edib. Təəssüflə qeyd edib ki, Afrikanın heç də hər yerində teatr yoxdur. Bu platforma vasitəsilə mübadilə həyata keçirə bilərik. O, beynəlxalq konfransın işinin səmərəli olacağına və gələcək əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına inamını ifadə edib.

Konfransa dəvət edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirən Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti xanım Cin Qrehem-Cons (ABŞ) iki gün ərzində maraqlı müzakirələr aparılacağına ümidvar olduğunu deyib. Təmsil etdiyi federasiya haqqında məlumat verən qonaq müxtəlif teatr işçiləri və mütəxəssisləri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində gördükləri işlərdən də danışıb.

Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Əssiri (Səudiyyə Ərəbistanı) konfransın işinə uğurlar arzulayıb və tədbiri gələcək əməkdaşlığın qurulması baxımından yüksək dəyərləndirib.

Konfrans işini plenar iclaslarla davam etdirib.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev və Avstriyanın tanınmış teatrşünası Əsli Kislalın moderatorluğu ilə baş tutan birinci plenar iclasda dünya teatrlarının aparıcı simaları teatr sənətinin bu günu və sabahı haqqında fikir mübadiləsi aparıblar. İclasda Rusiyanın tanınmış teatrşünası Pavel Rudnevin “Rusiya teatrında və dramaturgiyasında qaçqın mövzusu”, gürcüstanlı teatrşünas Medeya Çarkvianinin “Xanuma - Qafqazda multikulturalizm simvolu kimi”, misirli teatrşünas Abdel Rəhman Əl-Xamissinin “Teatrın demokratikliyi” (multikulturalizm və mədəni özünəməxsusluq haqqında), Böyük Britaniyadan Devid Pərrişin “Teatr, multikulturalizm və qlobalizasiya: incəsənət üçün yaradıcı imkanlar” və digər mövzularda məruzələr dinlənilib.

İkinci plenar iclas da maraqlı mövzularla davam edib. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və Yunanıstanın tanınmış teatrşünası Savas Patsalidisin moderatorluğu ilə baş tutan iclasda ölkəmizlə yanaşı, İraq, İspaniya, Rusiya, Litva və Qazaxıstandan olan məruzəçilər çıxış ediblər. “Tərcümə pyesləri Azərbaycan səhnəsində”, “Mən sadəcə başqasıyam!”, “Multikulturalizm və qarışıq reallıq” (Texnologiyalar sayəsində tamaşanın təsir gücünü artırmaq imkanları), “Milli teatrlar çoxmədəniyyətli regionlarda”, “Uşaq və gənclər teatrlarının əhəmiyyəti” və “Müasir teatrda aktyorun imici” mövzularında məruzələr dinlənilib.

Günün sonuncu panel iclasında Boris Daussa-Pastor (İspaniya) “Ümumi əlaqənin tapılması (Teatr sənətçilərinin məşqləri üçün yeni paradiqma)”, Arun Naik (Hindistan) “Multikulturalizm və müasir Marathi Teatrı”, Yuko Nobe (Yaponiya) “Müasir Vyetnam teatrının təyinatı-Şimali Vyetnam nümunəsi”, Saniya Kabdiyeva (Qazaxıstan) “Qazaxıstanın teatrı milli səhnə mədəniyyətlərinin qarşılıqlı əlaqə məkanı kimi”, Varuna Alahakun (Şri-Lanka) “Şri-Lankanın müasir teatrı çoxmədəniyyətlilik konsepsiyası fonunda” və Samia Habib (Misir) “Misir teatrı inqilabdakı dövrdən sonra” mövzularında məruzələrlə çıxış ediblər.

IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatacaq.

Azərbaycanda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib