Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANDA SAHİBKARLIĞIN İNKİŞAFINDA MÜHÜM MƏRHƏLƏ OLAN “BİR PƏNCƏRƏ” SİSTEMİNİN TƏQDİMATI OLMUŞDUR
PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCANDA SAHİBKARLIĞIN İNKİŞAFINDA MÜHÜM MƏRHƏLƏ OLAN “BİR PƏNCƏRƏ” SİSTEMİNİN TƏQDİMATI OLMUŞDUR  PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentində Azərbaycanda sahibkarlığın inkişafında mühüm mərhələ olan “bir pəncərə” sisteminin təqdimat mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə departamentin binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.

“Bir pəncərə” sisteminin tətbiqi proseduru ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi. Vergilər naziri Fazil Məmmədov bildirdi ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixli Fərmanı və “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq, elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, on-layn və davamlı əlaqəsi yaranır. Faktik olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman, qeydiyyat prosedurlarının sayı azalır və vaxt itkisinin qarşısı alınır. Qeydiyyatın “bir pəncərə” prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, “bir pəncərə” sisteminin tətbiqi investisiya mühitini daha da yaxşılaşdıracaq, sahibkarların dövlət qurumlarından asılılığını azaldacaq, uzunmüddətli qeydiyyat prosedurları ləğv olunacaq və sadələşdiriləcəkdir. Bu isə son nəticədə sahibkarın cəmi bir neçə gündə qeydiyyata alınmasına və fəaliyyətə başlamasına imkan verəcəkdir.

Bu, sərəncamda nəzərdə tutulduğu kimi, ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə yeni ildən tətbiq olunacaqdır.

Prezident İlham Əliyev təqdim edilən ərizə üzrə kommersiya hüquqi şəxsin qeydiyyatı prosesinin yekun mərhələsi ilə tanış oldu. Dövlətimizin başçısının iştirakı ilə kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alındı. O da bildirildi ki, burada bütün məlumat kitabçaları qoyulub, elektron məlumat terminalları da sahibkarlara xidmət edir. Sistem vasitəsilə şəffaflıq tam təmin edilib və tətbiq olunan təcrübəyə görə, ölkəmiz Şərqi Avropa ölkələrini qabaqlayır.

İndiyədək hökumət lisenziya verən qurumların sayının azaldılması ilə əlaqədar tədbirlər görsə də, qeydiyyat məsələsində problemlər hələ də qalırdı. Sahibkarlar fəaliyyətə başlamaq üçün 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün vergilər, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirliklərindən, Dövlət Statistika Komitəsindən, Sosial Müdafiə Fondundan və digər dövlət qurumlarından keçməli idilər. Bu isə ən azı 150 gün vaxt aparırdı. Hətta işə başlamaq üzün sahibkarlar 1 il gözləməyə məcbur idilər. “Bir pəncərə ” sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar, əvvəllər olduğu kimi 72 deyil, 3 gün gözləyəcək və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılacaqdır. Sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçəcəklər. Bundan başqa, sənədlərin elektron sistemlə təqdim edilməsi də tətbiq olunacaqdır.

Sonra respublikanın bölgələrində fəaliyyət göstərən ərazi vergi orqanları ilə canlı bağlantı yaradıldı. Naxçıvan Muxtar Respublikası, Sumqayıt və Gəncə üzrə məruzələr dinlənildi.

Prezident İlham Əliyev bayramlar münasibətilə ərazi vergi orqanlarının əməkdaşlarını təbrik edərək dedi:

-Mən sizi qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirəm. Çox şadam ki, yeni il ərəfəsində Azərbaycanda belə gözəl mərkəzlər yaradılıb, fəaliyyətə başlayır və sahibkarlara gözəl xidmət göstərəcəkdir. Bu, yenilikdir, müasirlikdir, gələcəyə doğru böyük addımdır. Əminəm ki, bu sistem tam şəkildə işə düşəndən sonra Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyənlərin sayı daha da artacaqdır. Artıq bütün bürokratik əngəllər aradan qaldırıldı, ən sadələşdirilmiş sistem tətbiq edilir. “Bir pəncərə” sistemi dünyada ən mütərəqqi praktikadır. Əminəm ki, həm şəffaflıq təmin olunacaq, həm də sahibkarlıqla məşğul olmaq istəyənlər üçün daha yaxşı şərait yaradılacaq və bu sistemin işə düşməsindən sonra Azərbaycanda bütövlükdə iqtisadi inkişaf daha da yüksək sürətlə davam etdiriləcəkdir.

Azərbaycanda bütün sahələrdə ən müasir praktika tətbiq olunmalıdır. Biz bəzi hallarda dünyada ən gözəl təcrübəni götürüb istifadə edirik, bəzi hallarda isə inkişaf etmiş bir neçə ölkədən bir addım qabaqdayıq. Azərbaycan, bax, bu cür inkişaf etməlidir. İndi mən bütün regionlarda olan şəraiti, təchiz edilmiş bütün müasir avadanlıqları görürəm. Əminəm ki, bütün regionlarda insanlara, sahibkarlara çox gözəl xidmət göstəriləcəkdir. Sağ olun.

X X X

Sonra dövlətimizin başçısı bu ilin dekabrın 29-na olan vergi daxilolmalarına nəzər saldı, daha bir hüquqi şəxsin qeydiyyatı prosesini izlədi.

Prezident İlham Əliyevə Vergilər Nazirliyinin “195” telefon xidməti barədə də məlumat verildi. Bildirildi ki, bu telefon xidməti vergi ödəyicilərinin müraciətlərinin cavab verilməsi, vergi qanunvericiliyinə dair Azərbaycan, rus və ingilis dillərində operativ informasiya almaları üçündür. Hər gün saat 18.00-dan sonra xidmət avtomatik rejimə keçir.

Daha sonra dövlətimizin başçısı “bir pəncərə” sisteminin tətbiqi və avtomatlaşdırılmış vergi sistemi ilə tanış oldu, bununla bağlı filmə baxdı.

Prezident İlham Əliyevə 2007-ci ildə ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verildi. Vurğulandı ki, bu il xəzinəyə daxilolmalarda 47 faiz artım olmuşdur. Nazirliyin 300-dən çox nəzarət mexanizmi yaradılmışdır. Bəyannamə tərtibi üçün vaxt 952 saatdan 250 saata endirilmişdir. Əlavə dəyər vergisi ödəyicilərinin 90 faizi vergi əməliyyatlarını internet vasitəsilə həyata keçirməyə başlamışdır. Bu il əlavə dəyər vergisi üzrə daxilolmalar 584 min manatdan çox olmuş, gələn isə 980 min manata çatacaqdır. Borclu vergi ödəyicilərinin sayı azalmış, elektron arxiv yaradılmış, vertikal nəzarət gücləndirilmiş, vergi nəzarətində insan amili minimuma endirilmişdir. Digər dövlət orqanları ilə inteqrasiya sürətlənmişdir.

Prezident İlham Əliyev dedi ki, qısa müddət ərzində görülən işlər bir daha təsdiqləyir ki, mənim qərarım düzgün qərar idi. Mən “bir pəncərə” sistemini məhz Vergilər Nazirliyinə tapşırmışam. Siz də bunu çox yaxşı icra etmisiniz. Tam şəffaflıq, rahatlıq, sahibkarlığın inkişafı üçün, nəzarətin gücləndirilməsi üçün çox böyük işlər görülübdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik