ELM VƏ TƏHSİL
Azərbaycanda təhsil müəssisələrinin 93 faizi internetə qoşulub
Bakı, 16 mart, AZƏRTAC
Tədrisdə informasiya kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi baxımından bu günədək ölkə üzrə ümumilikdə 4 min 140 təhsil müəssisəsi (bütün təhsil müəssisələrinin 93 faizi) internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda yer alıb.
Hesabatda qeyd olunub ki, 2021-ci ildə 225 təhsil müəssisəsində yeni lokal şəbəkələr yaradılıb, 140 təhsil müəssisəsində şəbəkələr genişləndirilib, 30 təhsil müəssisəsi fiber-optik qoşulma növünə keçirilib. 250 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağın distant təhsilinin təşkil olunması məqsədilə ayrılan kompüterlərin ATŞ-yə və internet şəbəkələrinə çıxışı təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]