Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunmuşdur

Brüssel, 24 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 24-də Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunmuşdur.

Bu münasibətlə təşkil olunan mərasimə gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşıladı. Mehriban xanım Əliyeva mərasimə dəvət olunan qonaqlarla görüşdü.

Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından nahar verildi.

Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

Mərasimi Krans Montana Forumunun prezidenti Jan Pol Karteron açdı. “Biz bu mükafatı Mehriban xanım Əliyevaya daha yaxşı dünya qurmaq üçün göstərdiyi dəyərli fəaliyyətinə görə veririk”, - deyən Jan Pol Karteron Qızıl medalı qəbul etdiyinə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə iştirak etməkdən şərəf hissi duyduğunu bildirdi. O, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələrlə tanınan Heydər Əliyev Fondunun Azərbaycanda gənc nəslin yetişməsində yaxından iştirak etdiyini dedi. Bildirdi ki, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi fəal siyasətlə məşğul olur və Bakıda İSESKO-nun tədbirlərinin keçirilməsinə yüksək diqqət və qayğı ilə yanaşır. Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyətinə beynəlxalq aləmdə böyük diqqət vardır. Mehriban xanım Əliyevanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əldə olunmasına da töhfə verdiyini vurğulayan İSESKO-nun baş direktoru Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi münasibətilə bir daha xoşməramlı səfiri təbrik etdi.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Krans Montana Forumunun Qızıl medalını Mehriban xanım Əliyevaya təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA mərasimdə çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Hörmətli cənab Jan Pol Karteron!

Hörmətli cənab Əbdüləziz bin Osman əl-Tüveycri!

Krans Montana Forumunun Qızıl medalı kimi yüksək mükafatla məni təltif etdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə və Heydər Əliyev Fondunun fəaliyyətinə verdiyiniz bu qiymətə görə təşəkkürümü bildirirəm.

Dünyamızı daha humanist etmək kimi ali məqsəd ətrafında toplaşan şəxslərin arasında bu salonda olmaqdan böyük şərəf hissi duyuram. Bu il Azərbaycanın da təmsil olunduğu Krans Montana Forumunda iştirak etməkdən olduqca məmnunam. Bu il biz müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünü qeyd edirik.

Müstəqil ölkə kimi Azərbaycan gəncdir, lakin ölkəmizin qədim tarixi vardır. Cənubi Qafqazda Xəzər dənizinin sahilində ilk dövlətlər eramızdan əvvəl II-I minillikdə mövcud idi. Tarixi İpək Yolu ölkəmizin ərazisindən keçmiş və Azərbaycan uzun əsrlər boyu sivilizasiyalar və mədəniyyətlərin qovuşduğu məkanda yerləşmişdir. Müxtəlif dövrlərdə ölkəmiz müxtəlif imperiyaların hissəsi olmuş, lakin xalqımız öz tarixini, dilini, mədəniyyətini və milli özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir.

1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk parlament respublikası oldu. Həmin vaxt müsəlman qızları üçün ilk dünyəvi məktəb açıldı. Azərbaycan qadınları səs vermək hüququ əldə etdilər, ölkədə ilk opera və balet yaradıldı.

Əfsuslar olsun ki, respublika ciddi geosiyasi problemlərlə və amillərlə üzləşdi və ilk Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı. Yetmiş ildən sonra Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etdi. İlk illərdə biz bir çox problemlər və çətinliklərlə üzləşdik. Çünki Azərbaycan öz siyasi sistemini və milli iqtisadiyyatını sıfırdan qurmalı idi. Bundan əlavə, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində vəziyyət daha da ağır idi. Bu təcavüz nəticəsində ərazimizin 20 faizi hələ də işğal altındadır və bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün kimi yaşayır. Bütün həmin çətinliklərə baxmayaraq, bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Uğurlu iqtisadi islahatlar Azərbaycanı regionda güclü və aparıcı ölkəyə çevirmişdir və biz açıq siyasət, Avratlantik məkana inteqrasiya siyasətini yürüdürük. Bu gün Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının strateji tərəfdaşı hesab edilir və Azərbaycan Avropanın qaz təchizatında öz rolunu oynamağa hazırdır.

Azərbaycanın siyasi və iqtisadi inkişafı nəinki strateji rəqəmlərdə və faiz nisbətində, o cümlədən yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin açılması, yolların çəkilməsi, məktəb, xəstəxana, muzey, idman və mədəniyyət mərkəzlərinin tikintisində görünür.

Hörmətli dostlar!

2004-cü ildə yaradıldığı vaxtdan etibarən Heydər ƏIiyev Fondu bir çox sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Fondun prioritetləri təhsil, səhiyyə və mədəniyyətə dəstək vermək, o cümlədən Azərbaycan və onun xalqının mədəni irsinin qorunması və inkişaf etdirilməsidir.

Heydər Əliyev Fondu təhsil sahəsində çoxlu layihələr həyata keçirmişdir. Bakıda və Azərbaycanın rayonlarında yüzlərlə məktəb tikilmiş və bərpa olunmuşdur. Hazırda Fond uşaq evlərindəki uşaqlara, o cümlədən sosial baxımdan zəif təbəqələrin, əsasən qaçqın və məcburi köçkün ailələrindən olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük dəstək verir.

“Azərbaycan - tolerantlıq məkanı” layihəsi Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Tolerantlıq ənənələri və mədəni müxtəliflik əsrlər boyu Azərbaycanda mövcud olmuşdur. Bu ənənələr məscid, sinaqoq və pravoslav kilsələrinin bərpasına dəstək verən Fondun fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Yəhudi uşaqları üçün təhsil mərkəzi Azərbaycanda açılmışdır. Fond Pakistanda zəlzələ nəticəsində dağılan qızlar məktəbini yenidən tikmişdir. Heydər Əliyev Fondu, həmçinin Strasburq kilsəsinin rəngli şüşələrdən ibarət pəncərələrinin, Versalda memarlıq abidələrinin bərpasına töhfə vermişdir.

Mədəniyyətə dəstəyin verilməsi, mədəni irsin qorunması və inkişaf etdirilməsi Fondun fəaliyyətinin digər prioritetləridir. Beynəlxalq muğam festivalı ənənəvi olaraq Bakıda keçirilir. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğam qədim Azərbaycan musiqisidir. Qəbələdəki Beynəlxalq musiqi festivalı və Bakıdakı Rostropoviç adına Beynəlxalq festival Azərbaycanda mühüm tədbirlərə çevrilmişdir. Bu tədbirlərdə klassik musiqini ifa edən dünyanın aparıcı orkestr və ifaçıları iştirak edir. Heydər Əliyev Fondunun töhfəsi ilə yaradılan Müasir İncəsənət Muzeyində modern Azərbaycan rəssamlarının əsərləri sərgilənir. Bu yaxınlarda Parisdə muzeyin əsərlərindən ibarət sərgi böyük uğur qazanmışdır.

Heydər Əliyev Fondu bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən YUNESKO, İSESKO, BMT-nin İnkişaf Proqramı (UNDP) və YUNİSEF ilə sıx işləyir. Biz YUNESKO-nun aşağıdakı ideallarının qorunmasına çalışırıq: ümumdünya irsinin və mədəni müxtəlifliyin qorunması, savadsızlığa qarşı mübarizənin aparılması və sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun qurulması.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda bir sıra mühüm beynəlxalq forumlar keçirilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2009-cu ildə “Gənclər sivilizasiyaların alyansı naminə” adlı Beynəlxalq konfrans keçirilmişdir. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu bu konfransda iştirak etmişdir. “Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi” adlı digər forum da YUNESKO və İSESKO ilə birgə Bakıda keçirilmiş, nəticədə Bakı bəyannaməsi qəbul edilmişdir.

2011-ci ilin yazında ölkəmiz mədəniyyətlərarası dialoq mövzusunda Ümumdünya Forumunu təşkil etməkdən şərəf hissi duydu.

Heydər Əliyev Fondu Azərbaycanın “Evrovision” mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olmuşdur. Biz bu müsabiqədə yalnız dörd dəfə iştirak etmişik, buna baxmayaraq, Azərbaycan hər zaman müsabiqə liderləri arasında olmuşdur.

Böyük fərəh hissi ilə qeyd edirik ki, gənc müğənnilərimiz “Evrovision-2011”-in qalibləri oldular. Mən bizi dəstəkləyən bütün avropalılara təşəkkürümü bildirmək istəyirəm.

Xanımlar və cənablar,

Hörmətli dostlar və həmkarlar,

Heydər Əliyev Fondu müxtəlif sahələrdə bir sıra layihələr həyata keçirir. Fondun məqsədi tarixi irsin qorunması, təhsilə dəstəyin verilməsi, səhiyyənin inkişafı və cəmiyyət daxilində tolerantlıq və dialoq mühitinin gücləndirilməsindən ibarətdir. Bu məqsədlərin ümumi idealı vardır - xeyirxah işlərin görülməsi. Fikrimcə, bu, Krans Montana Forumunun “Daha humanist dünyaya sadiq olaq” devizi ilə üst-üstə düşür. Elm, texnologiya və iqtisadiyyat sahəsində əldə edilən nailiyyətlərlə yanaşı, insanlara ilk öncə xeyirxahlıq və mərhəmət lazımdır.

Sonda mən bu cür mühüm mükafata görə sizə bir daha öz təşəkkürümü bildirirəm. Mükafatı qəbul etməkdən böyük şərəf hissi duyuram. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha böyük nailiyyətlər əldə edə bilərik. Gələn il ölkəmizdə, Bakıda növbəti Krans Montana Forumunda sizin hamınızı görməyi arzulayıram.

Diqqətinizə görə minnətdaram.

X X X

Mərasim iştirakçıları bir daha Azərbaycanın birinci xanımını bu yüksək mükafata layiq görülməsi münasibətilə təbrik etdilər, ona fəaliyyətində uğurlar arzuladılar.

Sonda xatirə şəkli çəkdirildi.  

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO