İDMAN
Azərbaycanın cüdo komandası Avropa Kuboku turnirində bir qızıl, iki gümüş və bir bürünc medal qazanmışdır
Bakı, 6 may (AZƏRTAC). Cüdo üzrə Azərbaycan komandası Berlində yeniyetmələr arasında Avropa Kuboku turnirində bir qızıl, iki gümüş və bir bürünc medal qazanmışdır. Ən yaxşı nəticəni Hidayət Heydərov (60 kq) göstərmişdir. O, finalda Fransa təmsilçisi Yolan Florimonta qalib gəlmişdir. Həlledici görüşlərdə mübarizə aparan Elnur Abbasov (50 kq) Rusiya nümayəndəsi Rüstəm Zabolotnıya, İlkin Babazadə (55kq) Almaniya təmsilçisi Morits Plafkiyə məğlub olmuşlar.
AZƏRTAC Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, qızların yarışında Leyla Əliyeva (40 kq) bürünc medal qazanmışdır. O, yarımfinalda yapon idmançısı Xonoke Yamauçiyə məğlub olmuşdur, lakin təsəlliverici görüşdə şansından istifadə edib Sara Hermannı məğlubiyyətə uğratmışdır. Komandamız ümumi hesabda Almaniya, Rusiya və Yaponiya komandalarından sonra dördüncü yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]