Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanında təmsil olunması ölkəmizin növbəti beynəlxalq uğurudur

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatının - Beynəlxalq Əmək Təşkilatının (BƏT) siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

S. Müslümov bildirib ki, Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb.

Qeyd edib ki, ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinə və uğurlu əməkdaşlıq təcrübəsinə malik olan, əmək və məşğulluq, sosial müdafiə sahələrində mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulan Azərbaycan bu amillər nəzərə alınmaqla BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyini irəli sürmüşdü: “İyunun 5-dən 16-dək BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında gündəlikdə duran əsas məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına (İLO Governing Body) 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi idi. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən BƏT-in Baş direktoru Qay Rayder və digər rəsmi şəxsləri ilə görüşlər zamanı bu məsələ diqqətdə saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrdə aparılan sistem xarakterli islahatlar barədə geniş məlumatlar verilmiş, ölkəmizin namizədliyinin dəstəklənməsi yönündə geniş məsləhətləşmələr aparılıb. Beləliklə, sessiyada obyektiv şəraitdə keçən seçkilər zamanı Azərbaycanın BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyinin dəstəklənməsi Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində əmək və sosial hüquqların təminatı mexanizminin innovativ əsaslar üzərində qurulması, əmək resurslarından səmərəli istifadənin reallaşdırılması, layiqli əməyin təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə atılan mühüm addımların beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilməsinin əməli təsdiqi oldu. Bu, eyni zamanda, beynəlxalq səviyyədə ölkəmizə olan böyük inam və etimadın daha bir göstəricisidir”.

Nazir qeyd edib ki, bununla Azərbaycan BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunur: “Bu isə beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində və yayılmasında Azərbaycanın yaxından və fəal iştirakına, BƏT-lə praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaq”.

Daha sonra S.Müslümov ötən həftə ölkəmizin daha bir uğura imza atdığını və Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, son illərdə aparılan islahatlar nəticəsində formalaşdırılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, avtomatlaşdırılmış sığorta-pensiya sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi bu gün yalnız Azərbaycan miqyasında deyil, artıq mötəbər beynəlxalq qurumlar tərəfindən dünya miqyasında qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilir: “O cümlədən üç il bundan əvvəl MDB məkanında ilk dəfə Azərbaycanda qurulan və tətbiqinə başlanılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada böyük maraqla qarşılanan və yüksək qiymətləndirilən elektron nailiyyətlər sırasındadır. BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində də bu bir daha öz təsdiqini tapdı. Dünya üzrə 467 elektron layihənin təqdim edildiyi və onlardan seçilmiş 345 layihənin iştirak etdiyi bu beynəlxalq miqyaslı müsabiqədə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən, ümumən müsabiqə nəticəsində səsvermə ilə müəyyən edilən 90 “Çempion layihə”dən biri olub. Azərbaycandan ilk elektron layihə olaraq BTİ-nin “Çempion layihə” mükafatına layiq görülən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bununla 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb”.

Nazir sözügedən elektron sistemin istifadəyə verildiyi vaxtdan “Elektron hökumət”in əhatə dairəsinin genişlənməsində xüsusi önəm kəsb etdiyini bildirib: “Misal üçün, cari ilin 20 iyun tarixinə olan məlumata əsasən, ümumilikdə 450 elektron xidmətin göstərildiyi “E-hökumət” portalına ötən dövrdə edilən müraciətlərin təqribən 18,2 faizi və ya 8 milyon 663 min 776-sı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə edilən müraciətlər olub”.

S.Müslümov diqqətə çatdırıb ki, əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qurulan avtomatlaşdırılmış sistemlər bu sahələrdə innovativ texnologiyalara əsaslanan səmərəli idarəetmə mexanizmlərinin və əhaliyə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına səbəb olub: “Nəticədə həmin sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir və onların böyük hissəsi “E-hökumət” portalında ən çox istifadə edilən e-xidmətlər sırasındadır. Təkcə cari ilin yanvar-may aylarında bu e-xidmətlərə 4 577 529 dəfə müraciət olunub və bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “E-hökumət” portalında 2017-ci ilin ilk beş ayı ərzində e-xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu sırasında ilk yeri tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, ötən ay “E-hökumət” portalına müraciətlərin 34,4 faizi və ya 745 298-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə yönəlib”.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran S.Müslümov ölkəmizin əmək bazarının son illərdə dünyada baş verən iqtisadi böhranın təsirlərindən qorunduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, qeyri-neft sektorunun inkişafı məqsədilə yönələn köklü islahatların ilk növbədə əmək resurslarının məşğulluğuna yönəldilməsinin əhəmiyyətini önə çəkən nazir bildirib ki, xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb: “Eyni zamanda, Azərbaycan Prezidentinin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət şirkətləri ilə əməkdaşlığı şəraitində, onların təqdim etdikləri vakansiyalar əsasında həyata keçirdiyi aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ümumilikdə 2017-ci ilin yanvar-may aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib, 58 min nəfərdən çox vətəndaş peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunub. Müsbət nəticələrdən biri kimi, vaxtında və kompleks şəkildə görülən tədbirlər ötən ilin ilk aylarında əmək bazarında müəyyən qədər özünü göstərmiş gərginliyin artıq tam aradan qalxmasına və əmək bazarında yenidən sabitliyin mövcud olmasına imkan verib”.

Nazir vurğulayıb ki, dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, nazirlik tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı da getdikcə artır: “Bu günə olan məlumata əsasən, özünüməşğulluq proqramı çərçivəsində artıq 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Onların hər biri verilmiş mal və materiallar əsasında ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə tutulan qaydada formalaşdıra biliblər”.

S.Müslümov bildirib ki, proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub: “Bildiyiniz kimi “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Əgər digər oxunuşlarda qanun layihəsi qəbul olunarsa, bu qanunun 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qanun özünüməşğulluq sahəsində işləri daha geniş müstəvidə davam etdirməyə də əsas yaradacaq. Belə ki, Qanunun qüvvəyə minməsi işsizlikdən sığorta haqları hesabına toplanmış vəsait hesabına iki istiqamətdə mühüm addımların atılmasına təminat verəcək. Yəni bir tərəfdən müəssisənin ləğvi və ya işçilərin sayı, yaxud ştatların ixtisarı nəticəsində işini itirmiş şəxslərin işsizlik müavinəti ilə təmin olunmasına, digər tərəfdən aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının əhatə dairəsini xeyli genişləndirməyə, yəni il ərzində təqribən 5-6 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsinə imkan yaranacaq”.

Mətbuat konfransı jurnalistlərin digər suallarının cavablandırılması ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib