Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın koloritli kəndləri: İvanovka və digər molokan kəndləri

Bakı, 15 mart, AZƏRTAC

Molokan ruslar Azərbaycan ərazisinə hələ XIX əsrin birinci yarısında köçüblər və bu günədək bir neçə kənddə yığcam şəkildə yaşayırlar. Ən məşhur molokan kəndi - İvanovka İsmayıllı rayonundadır. Bu kənd təkcə rus kənd mədəniyyətinin deyil, həmçinin molokan etiqadının, adət-ənənələrinin yeganə yaxşı qorunub saxlanılmış ən iri guşəsidir. Azərbaycan ərazisində ən qocaman və ən iri molokan kəndinin yaşı 200 ildən çoxdur. Amma o, yeganə molokan kəndi deyildir. Şamaxıda, Gədəbəydə və digər rayonlarda daha bir neçə belə kənd var.

Həftəran, iki İvanovka və süd

İvanovka kəndi Acınohur dağlarının qoynunda, dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə Göyçay və Dəvəbatan çayları arasındakı vadidə yerləşir. İsmayıllı rayon mərkəzinin 14 kilometrliyində yerləşən kəndin ərazisinin ümumi sahəsi 8 min hektardan çoxdur. İvanovkaya gedən yolun səliqə-sahmanı göz oxşayır. Əhali özünün bütün adət-ənənələrini, folklorunu və məişətini qoruyub saxlayıb.

İvanovkanın qədim adı Həftərandır. Molokanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq etmiş Qriqori Nikiforoviç İvanovun şərəfinə adı dəyişdirilərək İvanovka adlandırılıb. Məzar daşındakı yazıya görə, o, 1852-ci ildə bu yerdə birinci məskunlaşıb.

Azərbaycana əsas etibarı ilə Rusiyanın Mərkəzi Qaratorpaq regionundan ruslar köçürülüblər. Bu köçkünlər XVII əsrin sonu - XVIII əsrin ortalarında yaranan və dövlət tərəfindən təqib olunan dini təriqətlərin - molokan, duxobor, babtist, subbotnik və prıqun təriqətlərinin nümayəndələri idi. Rusiya hökuməti bu cür tədbirlərlə, bir tərəfdən, dikbaş dönüklərdən yaxa qurtarmaq, digər tərəfdən, yeni müstəmləkə torpaqlarında möhkəmlənmək üçün İran və Türkiyə ilə sərhədlərdə hərbiləşdirilmiş qəsəbələr salmaq istəyirdi.

İvanovkanın fərqləndirici cəhəti budur ki, əvvəllər Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Kəndin İsmayıllı rayonu ərazisinə köçürülməsindən əvvəl sonuncu yeri Qəbələ tərəfdə yerləşən Axox çayının sahilində olub. Deyilənə görə, bu çay onun sahilində məskunlaşandan sonra müxtəlif çətinliklərlə üzləşən molokanların ah-naləsinə görə Axox adlanır. Məsələ bundadır ki, çayın sahilində məskən salan molokanlar müxtəlif xəstəliklərə mübtəla olacaqlarını, çox əziyyət çəkəcəklərini düşünməyiblər. Üstəlik, bir gün rayonda güclü daşqın baş verib. Sel o qədər güclü olub ki, yaxınlıqdakı molokan daxmalarının çoxunu yuyub aparıb. Qəm-qüssə içində çayın sahilinə toplaşan sakinlər ucadan “ax-ox!” edərək haray çəkiblər. Bu çay da elə o vaxtdan Axox adlanır.

Xəstəliklərdən, daşqın qorxusundan bezmiş kənd sakinlərinin bir neçəsi məskən salmaq üçün başqa ərazi axtarmağa yollanıb. İvan Perşin adlı birisi İvanovka kəndinin hazırda yerləşdiyi bu məkana gəlib çıxıb. Əvvəllər bu yerlərdə heç bir ev yox idi, əvəzində meşə və münbit torpaq vardı. Yeganə çatışmazlıq suyun olmaması idi. Buna baxmayaraq, insanlar bu əraziyə köçür, meşəni qıraraq taxta daxmalar tikməyə başlayırlar. İvanovka kəndi belə yaranıb. O vaxtdan 200 ildən çox vaxt keçib. Yeni İvanovkanın kimin - polkovnik İvanovun, yoxsa kənd sakini İvan Perşinin adını daşıdığını dəqiq öyrənmək artıq mümkün deyil. Kənd əhalisi ilk vaxtlar suyu qonşuluqdakı göldən daşıyırmış. Sonralar süni göl yaratmaq üçün bir neçə yer qazırlar. Həmin yerlər yavaş-yavaş yağış suyu ilə dolmağa başlayır və daha əhalinin su gətirmək üçün uzağa getməsinə ehtiyac qalmır.

İvanovka Azərbaycanda rusların sıx məskunlaşdığı digər məkanlardan unikal tarixi ilə seçilir. İvanovkalılar özlərini “molokan” adlandırırlar. “Molokan” süd kimi təmiz Allah kəlamı ilə qidalanan insanlar deməkdir. Molokanlar Rusiyanın kilsə islahatını qəbul etmədiklərinə və köhnə ayinlərə sadiq qaldıqlarına görə sürgün edilmişdilər. Köhnə ayinçilər (staroobryadetslər) XVIII əsrdə Həştərxana, Melitopolsk qəzası ərazisindəki Moloçnaya çayı sahilinə köçürülmüşdülər. Buna görə də müəyyən vaxtdan sonra onları “molokan” adlandırmağa başladılar. Bəzilərinin fikrincə, onlar pravoslav pəhrizlərini qəbul etmədiklərinə görə molokan adlandırılıblar. Belə ki, pəhriz zamanı süd içirlər. Digərləri isə donuz əti yemədikləri üçün molokanların həbsxanalarda və orduda südlü qidaya üstünlük vermələri ilə əlaqələndirirlər.

Molokanlarda dinin yeganə mənbəyi Bibliyadır. Onlar müqəddəsləri, dini ayinləri inkar edir, ikonalara inanmırlar. Onların məbədləri və keşişləri yoxdur, əllərinə silah götürmürlər. Molokanlarda pravoslavlar üçün ənənəvi olan kilsələr yoxdur. İbadət və ayinlərini öz evlərində keçirirlər. Bazar günləri isə bütün icma ibadətə toplaşır.

Amma hər halda XIX əsrin birinci yarısında molokanların Azərbaycana köçürülməsi çarın istila edilmiş əraziləri ruslaşdırmaq siyasətinin tərkib hissəsi olub. Lap əvvəldən kənd sakinləri ilə yerli əhali arasında gözəl münasibətlər yaranıb. Axı molokan etiqadı bir çox məsələlərdə İslamla səsləşir: donuz əti yemək, spirtli içki içmək və s. molokanlar üçün də haram sayılır.

Dindar molokanlar içki içmək və siqaret çəkmək kimi zərərli vərdişlərdən uzaqdırlar. Özü də cavan nəsil sabitləşmiş və möhkəm molokan ənənələrinə uyğun tərzdə tərbiyə edilir.

İvanovka molokanları söyüş söymür, Allahdan qorxur və elliklə kolxozda işləyirlər. Evdən çıxanda heç kəs qapısını qıfıllamır. Bu kənddə ali hakimiyyət orqanı Ağsaqqallar Şurasıdır.

Nümunəvi kolxoz

Molokanlar həmişə inanılmaz dürüstlüyü ilə seçiliblər. Əgər molokan tarlada və ya meşədə kiminsə baltasını, inəyini, atını tapırdısa, əvvəlcə onun sahibini öz kəndində axtarırdı, sonra sahibini tapana qədər qonşuluqdakı bütün kəndləri gəzirdi. Molokanların bu keyfiyyəti yerli əhalinin çox xoşuna gəlirdi.

Adətə görə, molokan kişilər saqqal saxlayırlar. Odur ki, burada yaşı 40-ı keçmiş kişilərin hamısı saqqallıdır. Onlar saqqalsız ölməyi qəbahət sayırlar. Rus xalqı üçün ənənəvi uzun yanyaxa köynək geyinmiş ağsaqqal qocalar nağıl qəhrəmanlarına oxşayırlar.

Səfalı yerdə sağlam və hərəkətli həyat tərzi keçirən molokanlar son dərəcə gümrahdırlar. Onlar arasında uzunömürlü insanların sayı çoxdur. Molokanların orta ömür müddəti isə 80 ildir.

Kəndin düz ortasında, rayon mərkəzinin yanındakı süni göl yerli sakinlərin və qonaqların istirahət yeridir. Deyilənə görə, bu göl və ona bitişik park görüş yeridir. Parka gəzməyə çıxan cavan oğlan və qızlar bir-birinin xasiyyətinə bələd olub özlərinə nişanlı seçirlər.

İvanovka öz diskotekası ilə də şöhrət qazanıb. Diskoteka kəndə daha çox turist cəlb edir. İlboyu - qışda İvanovka Mədəniyyət Sarayında, yayda isə açıq havada rəqslər təşkil edilir.

Üçtəkərli motosikletlər İvanovkada hələ də ən populyar nəqliyyat növüdür. Belə motosikletlər kolxoz təsərrüfatında əvəzedilməzdir. Motosikletdə gəzinti İvanovkada təklif edilən maraqlı əyləncə növlərindən biridir.

1936-cı ildə İvanovkada Voroşilov adına kolxoz yaradılıb. Kənd sakinləri, demək olar, yekdilliklə kolxoza üzv olublar. Onlar kollektiv təsərrüfata tez alışıblar. Kolxoz sürətlə inkişaf etməyə başlayıb. Sonra Böyük Vətən müharibəsi başlayıb və əmək qabiliyyətli sağlam kişilərin hamısı müharibəyə çağırılıb. Hər yerdə olduğu kimi, İvanovkada da qadınlar və uşaqlar qalıb. Onlar tarlalarda və digər təsərrüfat işlərində ərlərini və atalarını əvəz ediblər. İvanovkalı qadınlar kolxozu qoruyub saxlamaq üçün mümkün olan hər şeyi ediblər, amma işçi qüvvəsi çatışmadığı üçün kolxozun qüvvəsi tükənməyə başlayıb. Böyük Vətən müharibəsi illərində İvanovkadan 700 kişi ( onların 300-ü geri qayıtmayıb) cəbhəyə yollanıb. Müharibədən hətta 10 il keçəndən sonra da ivanovkalılar kolxozu əvvəlki səviyyəyə qaldıra bilməyiblər.

Məhz belə bir dövrdə - 1953-cü ilin oktyabrında 27 yaşlı Nikolay Vasilyeviç Nikitin bu baxımsız və yoxsul təsərrüfatın başına keçib. Kəndin ən yeni tarixi onun adı ilə sıx bağlıdır. 1958-ci ildə kolxoza Kalininin adı verilib. Uzun illər kolxoza əvəzsiz rəhbərlik edən Nikolay Vasilyeviç təsərrüfatı ən qabaqcıl mövqelərə çıxarıb, onu milyonçu kolxoza çevirib. O vaxtdan indiyədək kolxozda dənli bitkilər istehsalı yüksəkdir, hər hektardan orta hesabla 40-45 sentner məhsul götürülür, hər inəkdən orta hesabla 4,5 litr süd sağılır.

Ömrünün 43 ilini təsərrüfata həsr edən N.Nikitin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür, kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi alır. O, kolxoza sədrlik etdiyi dövrdə özünü təkcə ağıllı, səriştəli təsərrüfatçı deyil, həm də həmkəndlilərinin ehtiyaclarını başa düşən həssas və qayğıkeş rəhbər olduğunu göstərir. Ötən əsrin 70-ci illərində o, Finlandiya və Bolqarıstan ilə barter mübadiləsi yaratmağa müvəffəq olur. Kolxozçular sarımsaq tədarükü müqabilində yüksək keyfiyyətli xarici mebellə təmin olunurlar.

Nikolay Nikitin 1994-cü ildə dünyasını dəyişib, onun kolxozu isə yaşayır. SSRİ dağılandan sonra bütün kolxozlar tənəzzülə uğrayır və ləğv edilir. Azərbaycanda yeganə kolxoz yalnız İvanovkada saxlanılıb və hazırda əfsanəvi sədrin - Nikolay Nikitinin adını daşıyır.

Hazırda Nikolay Nikitin adına kolxoz öz təmir bazası, güclü avtomobil təsərrüfatı, taxta-şalban mişarlayan maşınları, damazlıq mal-qara, südçülük və quşçuluq fermaları, davar üçün yay və qış otlaqları, kərpic və kirəmit zavodları olan qabaqcıl təsərrüfatdır. İvanovkada kənd sakinlərini əla növ molokan çörəyi ilə təchiz edən çörək zavodu, habelə günəbaxan yağı, süd emalı zavodları, pendir və xama sexi var. Kolxozun məhsulları bütün Azərbaycanda şöhrət qazanıb.

Əbədi qardaşıq

İvanovkanın əhalisi 3100 nəfərdən çoxdur. Burada molokanlarla yanaşı, çoxlu ləzgi və azərbaycanlı yaşayır. 1070-dən çox evin 82-si ləzgilərə, 50-si azərbaycanlılara məxsusdur.

İvanovkada evlər klassik üslubda inşa edilmiş, pəncərə çərçivələrinin haşiyələri oyma naxışlarla bəzədilmiş qədim və standart taxta tikililərdir. Geniş küçələr boyunca yan-yana düzülmüş evlər uzanır. Hər bir evin qarşısında kiçik skamya qoyulub. Kənddə hər bir ailənin öz bostanı var. İvanovkalılar burada meyvə, tərəvəz, qarğıdalı və günəbaxan yetişdirirlər.

İvanovkada orta məktəb, xəstəxana, uşaq bağçaları, rabitə şöbəsi, iki ötürücü stansiya, stadionlar, ticarət mərkəzi, mağaza və apteklər fəaliyyət göstərir.

Hələ Nikitinin dövründə geniş vüsətlə inşa edilmiş İvanovka Mədəniyyət Sarayı kənd əhalisinin qürur mənbəyidir. Teatrdakı kimi lojaları olan bu cür dəbdəbəli mədəniyyət sarayı bəzən şəhərlərdə olmur. 700 tamaşaçı üçün nəzərdə tutulan geniş salonda düzülmüş yumşaq kreslolar əslində Bakıdakı Opera və Balet Teatrı üçün nəzərdə tutulubmuş, amma onları ivanovkalılar qamarlayıblar. Bu səhnədə daha kimlər çıxış etməyib. Rusiyalı artistlər tez-tez burada çıxış edirmişlər. Vaxtilə İvanovka Mədəniyyət Sarayı bütün Sovet İttifaqında ən gözəl kənd mədəniyyət sarayı sayılırdı. İndi İvanovka əməkçiləri sarayın banket zalında toy mərasimləri təşkil edir, digər kütləvi mədəni tədbirlər keçirirlər. İsti yay günlərdə isə uşaqlar sarayın yanında yerləşən mənzərəli göldə həm çimir, həm də balıq tuturlar.

SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyinin bərpa edilməsi İvanovka kəndinin və kolxozunun tarixində dönüş nöqtəsi oldu. 1990-cı illərin əvvəllərində bütün respublika ağır günlər yaşayırdı. Çox narahat bir dövr idi. Paytaxtda və rayon mərkəzlərində mitinq mitinqə calanır, Dağlıq Qarabağda isə müharibə gedirdi. Hakimiyyət Xalq Cəbhəsinin əlində idi. Belə vəziyyətdə ivanovkalılar Azərbaycandan köçüb getmək istədilər. Sakinlərin bir hissəsi - 60 ailə köçüb getdi.

Kənd sakinlərinin təlaşına sədr son qoydu. Şəksiz avtoritet olan Nikitin sərt şəkildə dedi: “Özfəaliyyət yetər. Hamımız birlikdə köçəcəyik”. O, yeni İvanovkaya münasib yer axtarmaq üçün Rusiyanın hər yerinə öz elçilərini göndərdi. Stavropolda, Krasnodar diyarında, Rostov vilayətində İvanovka üçün yer tapılmadı. Tambov, Voronej və Saratovda şərtlər münasib deyildi. Nəhayət Belqorod vilayəti barədə düşünməyə başladılar. İdarə heyəti toplandı və rəhbərlərdən biri məruzə etdi: ev tikmək və əkin üçün nə qədər ərazi ayrılacaq, su hansı dərinlikdə yerləşir, nə qədər yağıntı düşür. Sədr idarə heyətinin bütün üzvlərini çox diqqətlə dinlədi və bədahətən dedi: siyasətçilərin proqnozlarına görə, tezliklə hakimiyyətə Heydər Əliyev gələcək. Deməli, köçməyə də ehtiyac yoxdur. Beləcə İvanovka kəndi Azərbaycanda qaldı.

2004-cü ilin yayında bütün dünya molokanları İmperator I Aleksandrın xristian molokanlara etiqad azadlığının verilməsi haqqında fərman imzalamasının 200 illiyini bayram ediblər. Azərbaycan Prezidenti İlham Əliyev respublikanın molokan kəndlərinin bir qrup ağsaqqallını öz iqamətgahında qəbul edib. Prezident Azərbaycan üçün ağır günlərdə respublikanı tərk etmədiklərinə görə təşəkkürünü bildirərək onları əmin edib: “Bu gün sizin qarantınız mənəm”.

Şamaxı molokanları

Şamaxıya molokanlar ilk dəfə 1814-cü ildə Rusiyanın Tambov, Rostov, Voronej və Həştərxan vilayətlərindən köçürülüblər. Burada əsasən üç kənddə - Çuxuryurd, Nağaraxana və Qızmeydanda (Astraxanovka) məskunlaşıblar. Çuxuryurdda daha çox molokan məskən salıb və indiyədək orada yaşayırlar.

Şamaxının Çuxuryurd kəndi rayon mərkəzinin 10 kilometrliyində çox gözəl dağlıq ərazidə dumduru gölün sahilində yerləşir. Vaxtilə burada elə molokanlar yaşayırdı. Məsələn, 1985-ci ildə burada 450 molokan evi vardı, 2 mindən çox əhali yaşayırdı. Köçkünlərin çiy kərpicdən inşa edilmiş evləri gölün sahilindən uzaqda, uca dağlara bitişik bir neçə təpədə yerləşirdi. Küçələr dar və dolanbac idi. Zəmanəmizdə çox şey dəyişib, amma memarlığın, qədim adətlərin və unikal təbiətin bənzərsiz koloriti qalıb.

Köçkünlər Azərbaycana öz əkinçilik ənənələrini gətiriblər. Burada maldarlıqla məşğul olmağa, kartof əkməyə, bostan salmağa başlayıblar. XIX əsrin axırı - XX əsrin əvvəllərində Çuxuryurdda yaşayan molokanlar Volqaboyu ərazilərin ənənələrindən və kazakların adətlərindən (dini nəğmə, tikmə və kulinariya) yoğrulmuş unikal və özünəməxsus mədəniyyətin daşıyıcıları idi. Məhz onları Şamaxı, xüsusən Çuxuryurd molokanlarının “vizit kartı” saymaq olar. Məsələn, xəmiri nazik açılmış, diametri kibrit çöpünə bərabər ölçüdə, təqribən 60-70 santimetr uzunluğunda kəsilmiş “molokan əriştəsi” bu gün də yerli molokanların mətbəxinin əsas özəlliyidir. Molokanlar toyda da, yasda da mütləq əriştə bişirirlər.

Çuxuryurd molokanlarının öz qəhrəmanları var: rus icmasının sədri, “Şöhrət” ordenli Prezident təqaüdçüsü Mariya Nikolayna Kojevnikova, təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Nikolay Petroviç Şeverdyayev və başqaları.

Hazırda Çuxuryurdda azərbaycanlılar, ruslar və ləzgilər mehriban bir ailə kimi yaşayırlar. Bu yerlər özünün kartofu, kələmi və günəbaxan yağı ilə şöhrət qazanıb. Yerli almaya, armuda, gavalıya, min bir dərdin dərmanı olan dağ balına böyük tələbat var.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır