İDMAN
Azərbaycanın yığma komandası Özbəkistanda təlim-məşq toplantısında iştirak edir
Daşkənd, 7 yanvar (AZƏRTAC). Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandası Özbəkistanda keçirilən təlim-məşq toplantısında iştirak edir.
On dörd nəfərdən ibarət komanda iki həftə ərzində paytaxtın “Dinamo” idman kompleksində gərgin məşqlər edəcək, gələcək yarışlara hazırlaşacaqdır. Azərbaycan komandasının üzvləri ilə özbək idmançılarının yoldaşlıq görüşlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.
Azərbaycan idmançıları səfər müddətində Daşkəndin görməli yerlərini gəzəcək, paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edəcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]