ELM VƏ TƏHSİL
Azərbaycanlı alim qızıl medala layiq görülüb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Avropa Nəşr Mətbu Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, mükafat alimə milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, epos, nəsr sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına görə verilib.
M.İmanov gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologiyalarının hazırlanmasında da səmərəli xidmətlər göstərib.