ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunun Ağac və kol bitkilərinin intoduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi işçisi Elnarə Salahovanın “Abşeron şəraitində zirinc növlərində yayılan xəstəlik törədiciləri və zərərvericiləri” məqaləsi yüksək impakt faktorlu “Bulletin of Science and Practice” elmi jurnalında işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə Abşeron yarımadasının quru subtropik iqlim şəraitinə introduksiya olunan zirinc cinsinə aid növlərin xəstəlik törədicilərinin, zərərvericilərinin və mübarizə tədbirlərinin öyrənilməsi məsələlərinə toxunulur. Bundan əlavə, yaşıllaşdırmada xəstəlik və zərərvericilərə qarşı davamlı növlərdən istifadə olunması, salınan yaşıllıqların uzunömürlülüyü və iqtisadi baxımdan səmərəliliyi, məqsədəuyğunluğu vurğulanır.