ELM VƏ TƏHSİL
AZƏRBAYCANLI TƏLƏBƏLƏR İKT ÜZRƏ TANINMIŞ UNİVERSİTETLƏRDƏ TƏHSİL ALIRLAR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “İKT-nin inkişafı naminə insan resursları fondu”nun xətti ilə 2006-2007-ci tədris ilində 15 azərbaycanlı gənci dünyanın müxtəlif tanınmış universitetlərində müasir İKT ixtisasları üzrə təhsil almaq üçün xarici ölkələrə göndərmişdir. Bu, ABŞ-ın Corc Meyson, San-Xose Dövlət və Los-Anceles, Kaliforniya, İsveçin Çalmers informasiya texnologiyaları universitetləri ilə imzalanmış anlaşma memorandumları əsasında həyata keçirilmişdir.
Bu işin növbəti tədris ilində baş tutması üçün nazirlik tərəfindən Avropanın və Asiyanın tanınmış informasiya texnologiyaları universitetləri ilə danışıqlar aparılır.