İQTİSADİYYAT
“AZƏRİ” PİVƏSİ MOSKVA BEYNƏLXALQ SƏRGİ- YARMARKASININ “QRAN-PRİ”SİNƏ LAYİQ GÖRÜLÜB
Firmanın prezidenti Kəmaləddin Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, yarandığı vaxtdan indiyədək müxtəlif beynəlxalq sərgi və müsabiqələrdə “Azəri” pivəsi 7 qızıl və 3 gümüş medala, 3 qızıl ordenə layiq görülüb. Bu ilin əvvəlində firmanın məhsulu Çexiyanın dünyada ən mötəbər pivə müsabiqəsindən biri olan “Pivoni Peçet” festivalının gümüş mükafatını alıb. Son illər müxtəlif sərgilərdə qazandığımız nailiyyətlər bizi məhsulumuzun ixracı barədə daha ciddi düşünməyə vadar edir. Gələn ildən firmamız məhsullarını Rusiya bazarına çıxarmaq istəyir. Bunun üçün illik istehsalın həcmi 125 min dekalitrdən 150 min dekalitrə çatdırılacaqdır. Bu məqsədə nail olmaqdan ötrü müəssisənin istehsal sahələri genişləndiriləcəkdir. Artıq bu ildən firma sterilləşdirilmiş və pasterizə olunmuş pivə istehsalı üçün Avropadan müasir avadanlıq alıb. Firmanın prezidenti ölkədə sağlam sahibkarlıq mühitinin dərin kök saldığını, son beş ildə qazanılan uğurların bundan qaynaqlandığını vurğulamışdır.
“Azəri” firması Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması ilə bağlı tövsiyələrini yerinə yetirməklə iqtisadiyyatın möhkəmlənməsinə öz töhfəsini vermək niyyətindədir. Firmada hazırda 60-dan çox işçi çalışır. Yaxın illərdə firma spirtli içkilər istehsalına əlavə sərmayələr qoyacaq, yeni iş yerləri açacaqdır.