İQTİSADİYYAT
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 40 minədək istehlakçıya xidmət göstərib
Bakı, 10 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) “ASAN xidmət” vasitəsilə 39 min 973 istehlakçıya xidmət göstərib.
Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” yanvar-aprel ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclarla təchiz olunmuş abonentlərə müvafiq xidmətlər göstərilməsini təmin edib.
Bu ilin yanvar-aprel ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal" mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 39 min 973 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.