İQTİSADİYYAT
“Azərneftyağ” NEZ-in texnoloji qurğusu əsaslı təmir olunmuşdur
Bakı, 22 yanvar (AZƏRTAC). “Azərneftyağ” neft emalı zavodunun 202 nömrəli texnoloji qurğusunda qrafikə uyğun olaraq aparılan əsaslı təmir işləri başa çatmışdır.
Zavoddan AZƏRTAC-a bildirmişlər ki, təmir vaxtı qurğunun istidəyişdiricilərinin boru dəstləri koksdan və mexaniki çöküntülərdən, elektrodehidratoru isə çökmüş xlorid duzlarından təmizlənmişdir. Atmosfer sobasında köhnə odluqlar yeniləri ilə əvəz olunmuş, nəzarət ölçü cihazları, elektrik avadanlıqları, atmosfer və vakuum kalonları təftiş edilmiş, susəpələyici soyuducu yenidən yığılmış, nasoslar təmir olunmuşdur. Nəticədə neftin sobaya qədər ilkin qızdırılması və elektrodehidratorda neftin xlorid duzlarından təmizlənməsi yaxşılaşmış, avadanlıqların iş rejimi tənzimlənmiş, ümumiyyətlə, qurğunun daha səmərəli işləməsi üçün imkan yaranmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]