İDMAN
“Azəryol” voleybol komandası Almaniya millisinin liberosunu heyətinə cəlb edib
Bakı, 16 sentyabr (AZƏRTAC). Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası növbəti transferini rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, “Azəryol” Almaniya millisinin liberosu Lenka Dürr ilə anlaşıb.
İyirmi dörd yaşlı voleybolçu ilə birillik müqavilə imzalanıb. Hazırda millisinin düşərgəsində olan Lenka Dürr yeni komandasına dünya çempionatından sonra qoşulacaqdır.
Beləliklə, “Azəryol”un müqavilə imzaladığı oyunçuların sayı 10-a çatıb. Yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı komanda millimizin üzvləri Oksana Parxomenko, Odina Əliyeva, Ceyran Əliyeva, Anastasiya Qurbanova, həmçinin serbiyalılar Yovana Brakoçeviç, Yelena Nikoliç, bolqarıstanlılar Straşmira Filipova, Lora Kitipova, kanadalı Tabita Lav və braziliyalı Andressa Pikussa ilə müqavilə bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]