ELM VƏ TƏHSİL
AzMİU-nun Tələbə Gənclər Təşkilatı beynəlxalq alyans tərəfindən mükafatlandırılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Bu günlərdə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı “Ən aktiv Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə sorğu keçirib. Ümumi sorğuya əsasən, ictimai fəallığı ilə fərqlənən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı alyans tərəfindən mükafatlandırılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Tələbə Gənclər Təşkilatının sədri İlahə Həsənovanın fəaliyyətini yüksək qiymətləndirib. İ.Həsənova “Gənclər təşkilatının ən fəal rəhbəri” nominasiyası üzrə fəxri diplomla təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:33]
Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır
- 08.05.2024 [17:55]