Azərbaycan Dövlət İnformasiya Agentliyi

AzMİU-nun yeni yaradılan Dizayn fakültəsində tələbələri nələr gözləyir?

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycanda hələ sovet dövründən, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdən başlayan tikinti-quruculuq işləri memarlığın, dizayn istiqamətinin inkişafı üçün əlverişli şərait yaratdı. Əlli ildən çoxdur ki, davam edən bu prosesin müsbət nəticələri hiss olunmaqdadır, ölkəmizdə yüksəkixtisaslı inşaat mühəndisləri, memarlar, dizaynerlər ordusu formalaşıb ki, bu gün istənilən irihəcmli layihəni vaxtında və peşəkarlıqla yerinə yetirmək mümkündür. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə də Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində aparılan tikinti-quruculuq işləri bir sıra peşə sahiblərinə, o cümlədən dizaynerlərə qarşı yeni tələblər formalaşdırdı. Bəs, ali təhsil müəssisələri bu tələbi qarşılaya bilirmi?

AZƏRTAC-ın müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yeni yaradılan Dizayn fakültəsinin dekanı Fərid Kərimovdur.

-Fərid müəllim, necə oldu ki, Dizayn fakültəsi yaradıldı və bu fakültə ölkəmiz, eləcə də AzMİU üçün nələr vəd edir?

-Bu gün “dizayn” sözü çox populyardır və bu, səbəbsiz deyil. Dizayn məhsulu insan həyatının, demək olar ki, hər bir sahəsini əhatə edir. Fəaliyyət göstərdiyimiz hər yerdə dizayn mövcuddur. Bu gün sürətlə rəqəmsallaşan dünyamızda dizaynsız heç bir sahəni təsəvvür etmək mümkün deyil. Beləliklə, dizayn sahəsi aktual olduğu üçün onun tədrisi də hər zaman böyük maraq doğurub.

Bildiyiniz kimi, universitetimizdə hələ 1994-cü ildən “Mühitin dizaynı” ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb. 1998-ci ildə bu ixtisas üzrə ilk məzunlarımız oldu. Daha sonra, 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovanın əmri ilə Dizayn kafedrası yaradıldı. Ötən ilin noyabr ayında biz universitetimizdə dizayn ixtisasının tədrisinin 25 illiyini təntənəli şəkildə qeyd etdik. Ötən dövr ərzində nəyə nail olmuşuq, nə edə bilmişik? Bu kimi sualların cavabını biz tədbirdə, sərgidə mümkün olduğu qədər göstərməyə çalışdıq. Görülmüş iş həddindən artıq böyük və maraqlı idi. İstər tələbələrimiz, istərsə də müəllimlərimiz bu illər ərzində böyük işlər görüblər. Bu da bir daha dizaynın nə qədər aktual sahə olduğunu sübut edir.

İldən-ilə bu sahəyə yönələn maraq və tələbatın çoxluğu səbəbindən artıq Memarlıq fakültəsinin tərkibində deyil, ayrı fakültə kimi fəaliyyət göstərmək qərarına gəldik. Əlbəttə ki, fakültənin yaradılması, həmçinin dizaynla bağlı yeni tendensiyaları daha geniş, daha effektiv şəkildə tədqiq etməyə imkan yaradır, xüsusən işğaldan azad olunmuş şəhərlərimizdə gedən sürətli bərpa və yenidənqurma işləri və bu sahədə peşəkar mütəxəssislərə olan tələbatın artması fakültənin yaranmasını zəruri etdi. Bu nöqteyi-nəzərdən yeni fakültənin yaradılması dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması deməkdir. Qeyd etmək istəyirəm ki, Dizayn fakültəsini yaratmaqla universitetimiz Azərbaycanda dizaynın inkişafına güclü təkan vermək niyyətindədir.

-Bildiyimiz kimi, bu ildən etibarən yeni fakültəyə tələbə qəbulu həyata keçiriləcək. Kadr hazırlığı üçün maddi-texniki baza və professor-müəllim heyəti yetərlidirmi?

-Bilirsiniz, biz artıq Memarlıq fakültəsinin tərkibində həyata keçirdiyimiz işləri bundan sonra yeni yaradılmış Dizayn fakültəsində reallaşdıracağıq. Əlbəttə ki, məsuliyyətimiz artıb. Çünki yeni fakültədə dizayn ixtisası ilə bağlı daha dərin və geniş layihələr işləniləcək, tədris prosesi daha da təkmilləşdiriləcək, ən müasir təcrübələr tətbiq olunacaq.

Bizim artıq Memarlıq fakültəsinin nəzdində dizayn ixtisası üzrə təhsil alan 500-dən çox tələbəmiz var. Onlar bundan sonra dizayn fakültəsinin tərkibində təhsillərini davam edəcəklər. Müəllimlərə gəldikdə isə, fakültəmiz mövcud 3 kafedradan və onların professor-müəllim heyətindən formalaşıb. Bunlar Qrafik və media dizaynı, Mühit dizaynı və Təsviri incəsənət kafedralarıdır. Bundan əlavə, İtaliya-Azərbaycan Dizayn Mərkəzi də 4 laboratoriyası və maddi-texniki bazası ilə birgə fakültənin tərkibindədir. Yeri gəlmişkən onu da qeyd edim ki, İtaliya-Azərbaycan Dizayn Mərkəzi uzun illərdən bəri maraqlı layihələrlə çıxış edir, onun laboratoriyaları, maddi-texniki bazası tələbələrimizə bu sahədə çox yardımçı olur. Düşünürəm ki, bundan sonra da həm mərkəzə, həm də kafedralara məxsus bu potensial peşəkar kadr hazırlığı işində bizə çox kömək edəcək.

-Fakültəyə qəbul qaydaları hansı şəkildə həyata keçiriləcək? Şərtlər nələrdən ibarətdir?

-Burada heç bir dəyişiklik yoxdur. Abituriyentlər əvvəlcə Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər. “Dizayn” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənni üzrə qabiliyyət imtahanı verirlər. Qabiliyyət imtahanının nəticəsi bizim üçün çox önəmlidir. Bu imtahan əl qabiliyyəti, yaradıcı düşüncə tərzi, həcm-fəza anlayışı kimi digər bilik və bacarıqların yoxlanılması məqsədini daşıyır.

Xüsusilə, vurğulamaq istəyirəm ki, dizaynı anlamaq üçün təhsil əlbəttə ki, şərtdir. Lakin, bu sahədə də uğurlu olmaq həm də zaman ilə qazanılan təcrübələrə əsaslanır.

-Artıq süni intellektin təsirlərini həyatımızda hiss etməyə başlamışıq. Sizcə süni intellektin dizaynerləri əvəz etməsi mümkündürmü?

-Bu gün elm və texnika çox sürətlə inkişaf edir, lakin unuduruq ki, o texnikaya tapşırığı verən də insan beynidir, insan əlidir. Dizayn yaradıcı sahədir. Bu işlər adətən yüksək səviyyəli insan bacarıqları, emosional zəka və yaradıcılıq tələb edir. Bəli, bu gün süni intellekt insan fəaliyyətinin çox sahələrində özünə yer alıb və düşünmək olar ki, artıq bir çox şeyləri bizim əvəzimizə sərbəst şəkildə həyata keçirir. Bu, dizayn fəaliyyətinin müxtəlif sahələrində də müşahidə olunur. Mövcud reallığı danmaq olmaz və bununla ayaqlaşmaq lazımdır. Bu baxımdan biz də hər zaman tələbələrimizə daha innovativ, müasir və yeni biliklərin çatdırılmasına çalışırıq.

-Yeni yaradılan Dizayn fakültəsinin beynəlxalq əməkdaşlıqları, ikili diplom proqramları varmı?

-Biz 2019-cu ildən artıq Milan Politexnik Universiteti (POLİMİ) ilə birlikdə İtaliya-Azərbaycan Dizayn Mərkəzini yaratmışıq. Bu illər ərzində onlarla sıx əməkdaşlıq əlaqələri qurmaqla tədrisdə təcrübələrinə əsaslanaraq birgə layihələr reallaşdırmışıq. Bu əlaqələr çox uğurlu şəkildə davam edir. Artıq bizim ikili diplom proqramlarımız həyata keçirilir. Yeri gəlmişkən, bir neçə gün öncə universitetimizin rektorumu professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada, POLİMİ-də işgüzar səfərdə olub. Onlar əlaqələrin inkişaf etdirilməsi yollarını, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. İkili diplom müqaviləsi çərçivəsində POLİMİ-də təhsil alan tələbələrimizlə görüşüblər. Sevindirici haldır ki, italyan müəllimlər bizim tələbələrdən razılıq edirlər. Təbii ki, biz bununla kifayətlənmirik. Müxtəlif ölkələrin qabaqcıl universitetlərinin bu sahə ilə bağlı təcrübəsindən yararlanmağa yönəlmişik. Ümid edirəm ki, bu istiqamətdə fərqli işlərimiz, layihələrimiz daha çox olacaq.

-Fərid müəllim, universitet tərəfindən dizayn ixtisaslı məzunların işlə təmin olunmasına xüsusi dəstək göstərilirmi?

-Əlbəttə ki, digər universitetlər kimi bizim də təyinat imkanımız yoxdur. Ümumiyyətlə təyinat sözü belə artıq unudulmaqdadır. Düşünürəm ki, təyinatın olmaması özlüyündə müsbət amildir, hər kəs haqqı olan yerdə, vəzifədə, işin başında olmalıdır. Bu, gənclərimiz arasında rəqabət imkanını da gücləndirir. Tələbələrimiz daha yaxşı iş imkanı qazanmaq üçün 4 il müddətində yüksək səviyyədə çalışırlar. Universitet olaraq biz də əlimizdən gələni edirik ki, onların hazırlıq səviyyəsi yüksək olsun.

Biz son illər çalışırıq ki, real layihələrlə tələbələrin marağını cəlb edək. Yəni ölkə daxilində fəaliyyət göstərən və eləcə də xarici dizayn sahəsi ilə məşğul olan qurumları, firmaları, şəxsləri universitetə dəvət edək, tələbələrin onlarla əlaqə qurmasına şərait yaradaq. Bu gün bu sahə ilə məşğul olan şirkətlər fərqlənən tələbə-gənclərlə tanış olmağa daha maraqlıdırlar. Belə bir mühit tələbələrimiz üçün də çox böyük vədlər verir, onlar real layihələrlə tanış olurlar, təcrübə imkanı əldə edirlər və beləliklə, məzun olduqdan sonra bu sahədə düzgün istiqamətlənmələrinə, özlərini tapmağa şərait yaranır.

Konkret statistikasını aparmasaq da, deyə bilərəm ki, məzunlarımızın böyük əksəriyyəti öz ixtisasları üzrə işləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO