İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyi ilin doqquz ayını yaxşı göstəricilərlə başa çatdırmışdır
Bakı, 3 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyi (İB) cari ilin yanvar-sentyabr aylarını yaxşı göstəricilərlə başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, İB cari ilin doqquz ayında neft hasilatı planını 101,1 faiz yerinə yetirmiş, 5 milyon 51 min ton plana qarşı 5 milyon 105 min 669 ton neft hasil etmişdir. Hesabat dövründə plandan əlavə 54 min 669 ton neft çıxarılmışdır.
Neft təhvili planı isə 101,2 faiz yerinə yetirilmişdir. Bu müddətdə 5 milyon 24 min 820 ton plana qarşı 5 milyon 85 min 981 neft təhvil verilmişdir. Hesabat dövründə plandan əlavə 61 min 161 ton neft təhvil verilmişdir.
Yanvar-sentyabr aylarında qaz hasilatı planı 102,4 faiz yerinə yetirilmişdir. Hesabat dövründə 4 milyon 633 min 400 kubmetrə qarşı 4 milyon 743 min 26 kubmetr qaz hasil edilmişdir. Bu, plandan 109 min 626 kubmetr qaz hasil edilməsi deməkdir.
Hesabat dövründə 4 milyon 162 min 500 kubmetrə qarşı 4 milyon 197 min 794 kubmetr qaz təhvil verilmiş, bu sahədə tapşırığa 100,8 faiz əməl edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]