İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyinin qaz anbarlarının istismarı idarəsində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin qaz anbarlarının istismarı idarəsində (QAİİ) 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə QAİİ-nin rəhbərliyi və eləcə də idarədə işləyən 29 nəfər Qarabağ müharibəsi veteranı iştirak etmişdir.
QAİİ-nin rəisi Zaur Bağırov Azərbaycan ordusunun yaranmasından, inkişafından və müasir texnika ilə təchizatından söz açmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Vurğulanmışdır ki, bu şərəfli bayram QAİİ-də hər il böyük təntənə ilə qeyd olunur.
Qarabağ müharibəsinin iştirakçıları isə öz çıxışlarında keçdikləri döyüş yollarından danışmışlar.
Sonda Qarabağ müharibəsinin iştirakçıları idarə rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]