İQTİSADİYYAT
B&B TV Naxçıvan MR-də yayıma başlayır
Bakı, 14 dekabr (AZƏRTAC). “B&B” TV 2012-ci il yanvarın sonunda Naxçıvan Muxtar Respublikası (MR) ərazisindəki Düzdağ Radio Televiziya Yayım Stansiyasından 12 kanaldan ibarət sosial paketin yayımını planlaşdırır.
Şirkətdən verilən məlumatda bildirilir ki, MR ərazisində DVB-T rəqəmli televiziya yayımında Naxçıvanın 2 yerli televiziyası da daxil olmaqla müştərilərə müxtəlif paketlər təqdim ediləcəkdir. Bu, Bakı və Abşeron yarımadasından sonra regionlarda ilk yayım olacaqdır. Naxçıvan MR sakinləri şirkətin yayım paketlərinə abunə olub maraqlı kanallara baxa biləcəklər.
Qeyd edək ki, bu il Naxçıvan MR Televiziya və Radio Şurası tərəfindən “B&B TV Kommunikeyşn” MMC-yə Naxçıvanda rəqəmli TV yayımı üçün lisenziya verilmişdir.