İQTİSADİYYAT
“Babazənən-III” gilcə yatağının 13 hektar sahəsi istifadəyə verilib
Bakı, 9 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac yanvarın 6-da keçirilib. Hərracda Salyan rayonunda yerləşən “Babazənən-III” gilcə yatağının 13 hektar sahəsi istifadəyə verilib.
Hərracın nəticəsi ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/33DgMN