REGİONLAR
“Bakcell” Naxçıvanda yeni müştəri xidmətləri mərkəzi və diler mağazası açıb
Bakı, 18 dekabr, AZƏRTAC
“Bakcell” Naxçıvan şəhərində yeni müştəri xidmətləri mərkəzi və diler mağazası açıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakcell”in satış və müştəri xidmətləri mərkəzi Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında tam çeşiddə xidmətlər təqdim edir. Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşən diler mağazasında, həmçinin “Bakcell”in səyyar satış və xidmət nöqtəsi vardır. Mərkəz xüsusi avtomobil üzərində qurulub və Naxçıvan Muxtar Respublikasının bütün ərazisində xidmət göstərəcək. Buradan pulsuz “DoğmaCIN” tarifli nömrələr əldə edən abonentlərə kampaniya çərçivəsində 6 ay ərzində hər ay 30 dəqiqə bonus verilir.
Qeyd edək ki, abonentlər “DoğmaCIN” tarifi üzrə şəbəkədaxili bir dəqiqə üçün 2 qəpik, şəbəkəxarici bir dəqiqə üçün isə 4 qəpik ödəyirlər. Bundan əlavə, Naxçıvan üçün nəzərdə tutulan kampaniyanın şərtlərinə uyğun olaraq, 18 qəpik ödəməklə 3 aylıq Sür@ internet paketi və Sür@ data kartı pulsuz əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]