DÜNYA
“Baker Hughes”: ABŞ-dakı neft-qaz quyularının sayı dəyişməyib
Bakı, 17 fevral, AZƏRTAC
ABŞ-dakı aktiv neft quyularının sayı artır.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı dəyişməyərək 975 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 224 ədəd çoxalıb.
Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 7 ədəd artaraq 798 ədəd olub. Ölkədəki neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Neft quyularının sayı ardıcıl 4 həftədir ki artır. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 201 ədəd çoxalıb. Bundan əlavə, son 1 ildə ABŞ-dakı neft quyularının ümumi sayı 34 faizdən çox artıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 7 ədəd azalaraq 177 ədəd olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 24 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.