İDMAN
Bakı “Avro-2020”nin bir addımlığında
Bakı, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Cenevrədə futbol üzrə “Avro-2020”nin oyunlarını qəbul edəcək şəhərlərin adları açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsinin üzvləri Bakı vaxtilə saat 15:00-da buna aydınlıq gətirəcəklər.
“Avro-2020”nin oyunlarına Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Skopye (Makedoniya), Münxen (Almaniya), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiffin (Uels) namizədliyi irəli sürülüb. Bu şəhərlərdən yalnız 13-ü çempionatın oyunlarını qəbul edəcək.