İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 23 yanvar (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) yanvarın 22-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7856 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2.857.456,80 AZN məbləğində əqd qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7856 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 3.641.000 ABŞ dolları və ya manat ekvivalenti ilə 2.857.456,80 AZN məbləğində əqd qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN aləti üzrə 500.000 EUR məbləğində əqd qeydə alınmışdır. Bu alət üzrə orta hesablanmış məzənnəsi 1 EUR üçün 1,0472 AZN təşkil etmişdir.
RUB/AZN aləti üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,67 faiz, ABŞ dolları üzrə isə 11,50 faiz təşkil etmişdir.
Yanvarın 22-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.