İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 13 mart (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) martın 12-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7837 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7837 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 918. 333 AZN-ə bərabər məbləğ qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7837 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 3.345.243,80 AZN-ə bərabər məbləğ qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7837 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 5.432.000 dollar, yaxud 4.263.576,80 manat təşkil etmişdir.
SWAP_USD/AZN, USD/AZN T+1, T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,44 faiz, ABŞ dolları üzrə isə 12,17 faiz təşkil etmişdir.
Martın 12-də birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.